10.12.2018 07:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“İranın nüvə proqramına dair sənədlərin Azərbaycan ərazisindən ötürüldüyü haqda xəbərlər yalandır”

 
 



IRNA, İran
08.05.2018


Azərbaycan Xarici İşlər Nazirliyinin sözcüsü Hikmət Hacıyev bir sıra regional KİV-də İranın nüvə proqramına dair sənədlərin guya onun ölkəsinin ərazisindən ötürüldüyünə dair yer almış məlumatları təkzib edib.

H.Hacıyev IRNA agentliyinə açıqlamasında deyib: “Bu iddialar Azərbaycanın müvafiq qurumları tərəfindən ciddi araşdırılıb və qəti şəkildə bildiririk ki, İranın nüvə proqramına dair məlumatların Azərbaycan Respublikasının ərazisindən ötürüldüyünə dair iddiaların heç bir əsası yoxdur”.

Xatırladaq ki, Küveytin “əl-Cəridə” qəzeti bu yaxınlarda İranın nüvə proqramına aid sənədlərin dövlət sərhəd keçidlərindən kənar yolla Azərbaycan ərazisinə çatdırıldığını, oradansa hava yolu ilə İsrailə göndərildiyini iddia etmişdi. İsrailin baş naziri Benyamin Netanyahu isə bu günlərdə verdiyi açıqlamada İranın nüvə sahəsindəki fəaliyyətinə dair yalan söylədiyini, əslində bu istiqamətdə fəaliyyəti davam etdirdiyini bildirmiş, əlində bunu təsdiq edən sənədlərin olduğunu açıqlamışdı.

Netanyahunun bu iddiası dünyada nüvə enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şəxslər, fəallar və siyasətçilər tərəfindən də rədd edilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az