20.07.2018 18:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycandan “Açıqcalar”: Müdrik qadına abidə - VİDEO

 
 



Euronews, Aİ
08.05.2018


Müəllif: Qalina Polonskaya

Naxçıvan şəhərinin incisiMöminə Xatun türbəsi. 1186-cı ildə inşa edilmiş bu abidə əsirlərdir dövrünün siyasi həyatında böyük rol oynamış görkəmli bir qadının həyat tarixçəsini qoruyur.

Türbənin 10 üzü, hər üzün də öz ornamenti var. Memar Əcəmi Naxçıvaninin bu şedevri bir xanıma ucaldılmış ən parlaq abidələrdəndir.

Qalina Polonskaya (Euronews): Bu gün onun hündürlüyü 26 metrdir. Əzəldənsə Möminə Xatun türbəsi indikindən 9 metr hündür olub. Vaxtilə onun üstünü alaçığa bənzər günbəz bəzəyib”.

Möminə Xatun qüdrətli Şəmsəddin Eldənizin həyat yoldaşı və baş müşaviri olub. Sevdiyi qadının şərəfinə belə möhtəşəm abidənin ucaldılmasına da məhz o fərman vermişdi. Lakin tezliklə Eldəniz dünyadan köçür və türbənin inşası 11 il sonra, onların oğlunun fərmanı ilə başa çatdırılır.

Fəxrəddin Səfərli (Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru): “Möminə Xatun çox ağıllı, tədbirli bir xanım olub. O, məsləhətlərilə dövlətin idarə edilməsində iştirak edib, dövlət aparatında böyük nüfuza sahib olub”.

Türbənin üzərindəki yazılardan birində deyilir: “Biz gedərik, dünya qalandır”, “Biz ölərik, bu yadigardır”.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az