20.07.2018 18:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
8 may - Azərbaycanın Şuşa şəhəri üçün qəmli xatirə

 
 



ISLAMNEWS, Fransa
09.05.2018


Müəllif: Jan-Fransua Mansel (Parlamentin fəxri üzvü, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti)

8 may! 1945-ci il mayın 8-i yaddaşımızda müttəfiq dövlətlərin faşist Almaniyasını təslim etdiyi gün kimi qalıbsa, 1992-ci ilin 8 mayı azərbaycanlı dostlarımız tərəfindən Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğal edildiyi gün kimi xatırlanır.

Şuşa Azərbaycan musiqisinin beşiyi sayılır. Azərbaycan mədəniyyətinin ən gözəl səhifələri məhz bu şəhərdə yazılıb, qəlblərin dərinliyindən süzülüb gələn musiqi və mahnı – Azərbaycan muğamı bu şəhərdə yaranıb. Muğam Azərbaycan xalqını hər an duyğulandıran musiqidir...

Aleksandr Düma Qafqaza səfəri zamanı Qarabağ xanının qızı, dövrünün ən məşhur şairələrindən olmuş Xurşidbanu Natəvan ilə məhz Şuşada görüşmüşdü. Bir sözlə, Şuşa 1992-ci il mayın 8-də erməni ordusu tərəfindən işğal edilənədək Azərbaycan mədəniyyətinin döyünən ürəyi olub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı məhz Şuşanın alınması ilə başa çatıb. Bu şəhərin işğalı zamanı 480 nəfər qətlə yetirilib, 600 insan yaralanıb, 552 uşaq valideynlərini itirib. Məktəblər, tarixi, dini, həmçinin mədəniyyət abidələri dağıdılıb. Ermənilər Azərbaycan mədəni irsinin buradakı bütün elementlərini yerlə-yeksan edib. Bu işğal uzun illərdən bəri Şuşada yaşamış bütün azərbaycanlıları istisnasız olaraq, doğma yurdundan didərgin salıb. Onların yerinə işğalçı ermənilər yerləşdirilib. İndi isə onlar öz müqəddəratını təyinetmə iddiası ilə çıxış edir.

İntellektual və bədii təxəyyülün birləşdiyi məkan olan əfsanəvi Şuşa bu gün kabusdan başqa bir şey deyil. Bizim Fransada azadlığın zülm üzərində qələbəsinin 73-cü ildönümünü qeyd etdiyimiz bir vaxtda, gəlin azərbaycanlı dostlarımız, 26 il əvvəl müstəqilliyini və azadlığını itirmiş Şuşa haqqında da düşünək.

Artıq qeyd etdiyimiz kimi, Ermənistanın Azərbaycana hücumu, Dağlıq Qarabağın və 7 ətraf rayonun işğalı Şuşanın alınması ilə başa çatıb. Ümumilikdə işğal olunmuş torpaqlar Azərbaycan ərazisinin 20%-ni təşkil edir. Vəziyyətin uzun illərdir bu cür davam etməsi Avropada unudulmuş bu müharibənin beynəlxalq ictimaiyyət tərəfindən “dondurulmuş münaqişə” kimi qəbul edildiyini göstərir. Halbuki, Qarabağda bu gün də qan axıdılır.

Bütün bunlara baxmayaraq, Ermənistan və himayədarları, Türkiyə və Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla, işğalçını işğala məruz qalan, cəlladı qurban kimi tanıtmağa nail olur. Halbuki, 1991 və 1992-ci illərdə Xocalıdan Şuşayadək qətliamlar bir-birini əvəz edib. İşğalçılar tərəfindən öz doğma torpaqlarından didərgin salınmış 1 milyon azərbaycanlı qaçqın hələ də öz yurdlarına qayıtmaq arzusundadır.

Təhrif edilmiş, yenidən yazılmış tarix bütün mümkün vasitələrdən istifadə edən erməni diasporu tərəfindən “idarə olunur”. Məhz bu fəaliyyətin nəticəsidir ki, bəzən ölkəmizin regionları tanınmayan icmalarla əlaqələri qadağan edən qanunlarıməza rəğmən, işğal altındakı bu ərazi ilə qardaşlaşma, əməkdaşlıq sazişləri bağlayır. Belə razılaşmaların sistemli ləğvi bilavasitə dövlətə aid məsələdir.

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa BMT-nin bu problemlə bağlı 1993-1994-cü illərdə qəbul etdiyi qətnamələrinə uyğun olaraq, işğal edilmiş ərazilərin azad edilməsinə, qlobal barışıq prosesi çərçivəsində qaçqınların hüquqlarının tanınmasına çalışmalı, bu prinsiplərə əsaslanan sülh təşəbbüsü irəli sürməlidir. Şuşa heç nədən məhv edilməməlidir!

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISLAMNEWS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az