10.12.2018 07:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi

 
 



Əl-Cəridə, Küveyt
14.05.2018


Müəllif: Elxan Qəhrəman (Azərbaycanın Küveytdəki səfiri)

Azərbaycanın mərhum lider Heydər Əliyev ölkəsinin ərəb dövlətlərilə, islam ölkələrilə əlaqələrinə böyük diqqət yetirirdi. 1991-ci ilin payızında Sovet İttifaqının dağılması ilə yeni dünya düzəninin yaranmasından bu yana müasir Azərbaycan intibahının banisi olan Heydər Əliyev ölkəsinin islam dünyasına mənsubluğunu vurğulamaqla yanaşı, bir tərəfdən Qərblə, Avropa ilə, digər yandan isə ərəb ölkələri və Asiya ilə balanslı münasibətlərin qurulmasına çalışıb.

Bu ayın 10-da Azərbaycan xalqının ümummilli lideri, sabiq prezident Heydər Əliyevin dünyaya gəlməsinin 95-ci ildönümü olub. O, 1923-cü il mayın 10-da Naxçıvan şəhərində dünyaya göz açıb. Azərbaycanın sosial-iqtisadi inkişafında həlledici rol oynamış Heydər Əliyev ölkəsini dünyada çiçəklənən dövlətlərdən birinə çevirib. Bu gün Azərbaycanın bütün iqtisadi və siyasi nailiyyətləri, sosial problemlərinin həlli Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun siyasi iradəsi, səbri, möhkəmliyi, vətəninə, xalqına bəslədiyi böyük sevgi sayəsində bu gün Azərbaycanda demokratiya, sabitlik və sülh hökm sürür.

Mərhum lider Heydər Əliyev ölkəsinin ərəb dövlətlərilə, islam ölkələrilə əlaqələrinə böyük diqqət yetirirdi. 1991-ci ilin payızında Sovet İttifaqının dağılması ilə yeni dünya düzəninin yaranmasından bu yana müasir Azərbaycan intibahının banisi olan Heydər Əliyev ölkəsinin islam dünyasına mənsubluğunu vurğulamaqla yanaşı, bir tərəfdən Qərblə, Avropa ilə, digər yandan isə ərəb ölkələri və Asiya ilə balanslı münasibətlərin qurulmasına çalışıb. Bu gün Azərbaycan prezidenti İlham Əliyev də bu siyasətə sadiqdir. Lakin Azərbaycanla ərəb-islam dünyası arasında hərtərəfli əlaqələrin ictimai-siyasi, elmi, mədəni və mənəvi bazasını məhz Heydər Əliyev yaradıb. O, ərəb dövlətləri və ümumilikdə islam aləmilə əlaqələrə iki çərçivədə baxırdı: siyasi-iqtisadi, mədəni və humanitar münasibətlərin genişləndirilməsi və islam dünyasının üzvü olan bütün dövlətlərlə, xalqlarla əlaqələrin dərinləşdirilməsi, onların arasında birliyin, həmrəyliyin gücləndirilməsi.

Bu gün İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan məhz Heydər Əliyevin uzaqgörənliyi və irsi sayəsində dinamik, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə malikdir. Prezident İlham Əliyevin apardığı davamlı demokratik və iqtisadi islahatlar, onun müdrik rəhbərliyi, ağıllı idarəetmə və fəal xarici siyasəti Azərbaycanı regionun öncül dövlətinə, beynəlxalq əlaqələrdə etibarlı tərəfdaşa çevirib. Bu gün Azərbaycan bütün regional proseslərdə mühüm rol oynayır. O, inkişafının bəhrələrini, öz sərvətlərini tərəfdaşlıq və əməkdaşlıq mexanizmləri vasitəsilə region ölkələrilə də bölüşür.

Azərbaycanda ümumilli liderinin xatirəsinə təsis edilmiş Heydər Əliyev Fondu da fəaliyyət göstərir. Ona Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva rəhbərlik edir. Fond milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin tərəqqisi, müxtəlif proqramların və fəaliyyətlərin dəstəklənməsi, müxtəlif sahələrin inkişafı, həmçinin Azərbaycanın dünyada tanıdılması üçün genişmiqyaslı layihələri uğurla həyata keçirir. Məhz bu qurumun dəstəyilə ölkədə çox sayda məscid, abidə və tarixi məkanlar, məktəblər və xəstəxanalar təmir edilib və yenidən qurulub. Heydər Əliyev Fondu Azərbaycanda, həmçinin bir neçə qardaş və dost ölkədə valideyn himayəsindən məhrum uşaqların yaşayışının və təhsilinin yaxşılaşdırılmasında da böyük rol oynayır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəridə


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az