22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Şuşa: 25 ildən çoxdur davam edən işğal

 
 



Daily Times, Pakistan
15.05.2018


Müəllif: Seymur Məmmədov

1992-ci il mayın 7-8-də 250 illik tarixə malik, əsası Cavanşirlər sülaləsinin nümayəndəsi Pənahəli xan tərəfindən Qarabağ torpaqlarında qoyulmuş Şuşa şəhəri erməni barbarları tərəfindən işğal edilib və demək olar ki, tamamilə dağıdılıb. Şəhərin işğalı nəticəsində 23 mindən çox azərbaycanlı evlərini tərk etməyə məcbur olub. Şuşanın işğalı Dağlıq Qarabağda etnik təmizləmin son aktı sayıla bilər. Çünki bu işğaldan sonra Dağlıq Qarabağda bir nəfər də olsun, azərbaycanlı qalmayıb.

SSRİ-i dağılan və qanlı müharibə başlayan zaman Şuşa əhalisinin 98%-ni azərbaycanlılar təşkil edib. 289 kvadrat kilometr ərazisi olan Şuşanın işğalı nəticəsində 480 mülki vətəndaş öldürülüb, 600 nəfər yaralanıb, 150 nəfər əlil olub, 552 uşaq valideynlərini itirib, 68 nəfər girov götürülüb və ya itkin düşüb, 23 mindən çox azərbaycanı məcburi köçkünə çevrilib.

Lakin təəssüf ki, bu faciənin günahkarları hələ də layiqli cəza almayıb. Əksinə, Şuşanın və Azərbaycanın digər rayonlarının işğalında iştirak etmiş şəxslərə Ermənistanda “dövlət mükafatları” verilib, onlar yüksək vəzifələr tutub.

Şuşanın işğalının 26-cı ildönümü ərəfəsində, yəni bu ilin apreldə isə Ermənistanda təxmin edilməyən hadisələr baş verib. Erməni xalqı Dağlıq Qarabağ müharibəsində iştirak etmiş bu şəxslərə qarşı ayağa qalxıb. Nəticədə aprelin 23-də ölkənin eks-prezidenti, Şuşada, Xocalıda və Azərbaycanın işğal edilmiş digər rayonlarında barbarlıq aktlarının günahkarlarından olan Serj Sarqsyan erməni xalqının təzyiqi nəticəsində böyük rüsvayçılıqla baş nazir vəzifəsindən istefa verib. Daha sonra o, Ermənistan Respublika Partiyasının sədrliyindən də gedib. Ümumiyyətlə, bu hakim partiyanın bir çox üzvü Qarabağ müharibəsində iştirak edib. Başqa sözlə, onların əli günahsız insanların qanına batıb.

Nəhayət, hakim partiya artıq Ermənistanı idarə etmək qabiliyyətinin, imkanının olmadığını anlayıb. Partiya üzvlərində ayağa qalxmış xalqın onları cəzalandıracağı qorxusu da yaranıb. Bu üzdən partiya baş nazir vəzifəsinə namizəd irəli sürməyib. Nəticədə Ermənitanda S.Sarqsyan dövrü başa çatıb. Bununla yanaşı, onun yaxın tərəfdarları da hakimiyyətdə son günlərini yaşayır.

Bu gün bir çox ölkə erməni quldurlarının Şuşanı və Azərbaycanın digər ərazilərini işğal etdiyini tanıyır. Məsələn, ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı 2001-ci il martın 30-da dərc etdiyi məlumatda deylirdi: “1992-ci ilin mayında erməni və Qarabağ hərbi birləşmələri Şuşanı (regionun əhalisi azərbaycanlılardan ibarət olan tarixi paytaxtını) və Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçını ələ keçirib”.

İşğal faktını ermənilər də etiraf edir. Məsələn, separatçıların əsas ideoloqlarından olan erməni yazar Zori Balayan Fransanın “Antenn-Sh” kanalına 1994-cü ildə verdiyi müsahibəsində Şuşanın işğalının bəzi detallarını açıqlayıb, Fransanın Lyon şəhərində və İranın paytaxtı Tehranda fəaliyyət göstərmiş erməni terror təşkilatlarının bu məqsədlə ehtiyatla hazırladığı ssenari haqda danışıb. “Le Progress” nəşrinə 1994-cü il aprelin 14-də verdiyi müsahibəsində isə Balayan qeyd edib ki, “...Şuşa ilə bağlı ilk plan mayın 2-də Tehranda hazırlanmışdı. Artıq mayın 3-də bilirdik ki, Şuşa yaxın zamanda bizim olacaq”.

Sonralar rejissor Əhməd Bağır Yadigari İranın İsfahan şəhərində erməni icmasına məxsus zalda erməni vəhşiliyi, Şuşanın işğalı və bu şəhərdəki həbsxanada saxlanılmış 114 azərbaycanlının taleyi haqda sənədli film nümayiş etdirmişdi. Filmdə bütün girovların öldürüldüyü bildirilir. Yadigarinin sözlərinə görə, həmin vaxt film izləyənlərdə şok yaradıbmış. Qəribədir ki, filmin nümayişindən az sonra 37 yaşlı rejissor avtomobil qəzasında həyatını itirib.

Ermənilərin dağıdıcı fəaliyyəti nəticəsində Şuşanın tarixi və mədəniyyəti – Şuşa Dövlət Musiqili Dram Teatrı, Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın ev muzeyləri, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Şuşa rayon Dövlət Rəsm Qalereyası, dünyaca məşhur Gövhər ağa məscidi və s. məhv olma həddinə çatıb.

Azərbaycan xalqı erməni işğalçılarının zülmünü heç vaxt unutmayacaq. Bu zülm yalnız ölkənin qəlbi olan Qarabağın və onun incisinin – Şuşa şəhərinin azad edilməsindən sonra başa çatacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az