20.07.2018 18:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
“Azərbaycan genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”

 
 



Anadolu Ajansı, Türkiyə
15.05.2018


Müəllif: Ruslan Rəhimov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov ölkəsilə bağlı ittiham dolu bəyanatlar verən Ermənistan rəhbərliyinə xəbərdarlıq edib: “Azərbaycan ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır!”.

Azərbaycanın Müdafiə Nazirliyində yüksək rütbəli rəsmilərin və qoşun növləri komandanlarının iştiraki ilə xidməti müşavirə keçirilib.

Nazirlikdən verilən məlumata görə, müdafiə naziri Zakir Həsənov müşavirədəki çıxışı zamanı Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif rəsmilərinin, o cümlədən yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəilə bağlı məsuliyyətsiz çıxışlarına münasibət bildirib. “Ermənistanın rəhbərliyinə xəbərdarlıq edirik. Düşmənin belə hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır!”, - deyə nazir bildirib.

Bununla yanaşı, Zakir Həsənov Ermənistan ordusunun istər ön xətdə, istərsə də müdafiə xəttinin dərinliyindəki fəaliyyətinin daim nəzarətdə saxlanılması, ehtimal edilən addımlara hər an hazır olunması, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal alınmaı məqsədilə qətiyyətli tədbirlərin görülməsi haqda əmr də verib.

Nazir prezident İlham Əliyevin sərəncamı əsasında Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı iyunun 26-da keçiriləcək təntənəli tədbirlər haqda da məlumat verib.

Xatırladaq ki, Ermənistan yeni baş naziri Paşinyan bu vəzifəni tutduqdan sonra ilk səfərini Ermənistanın işğal etdiyi Azərbaycan ərazisinə – Dağlıq Qarabağa edib. Paşinyan orada keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı bir sıra ittiamlar səsləndirib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az