10.12.2018 07:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevriləcəyini deyir

 
 



Xinhua, Çin
15.05.2018


Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkəsi “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə məşğuldur və yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək.

“Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcək”, - deyə Azərbaycan prezidenti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimində bildirib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. O, dəniz, dəmir və avtomobil yolları ilə Hindistan, İran, Azərbaycan və Rusiyanı birləşdirəcək. “Şimal-Cənub” layihəsi Şimali Avropayla Cənub-Şərqi Asiyanı birləşdirmək məqsədilə reallaşdırılır. Yeni dəhliz Suveyş kanalı, Aralıq dənizi və Baltik dənizi kimi ənənəvi dəniz yollarına alternativ olacaq.

“Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə ilkin olaraq illik 5 milyon ton yük daşınması nəzərdə tutulub. Gələcəkdə bu, 10 milyon tonu ötəcək.

İ.Əliyev qeyd edib ki, “hazırda “Cənub-Qərb” nəqliyyat dəhlizinin işə salınması ilə də məşğuluq. Bu da çox önəmli nəqliyyat dəhlizidir və mənə verilən məlumata görə, bu yolla birinci sınaq qatarı hərəkət edib”.

Dövlət başçısının sözlərinə görə, “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizləri Azərbaycanla digər ölkələr arasındakı əməkdaşlığı gücləndirəcək.  Bununla da açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Xinhua


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az