22.09.2018 08:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
İlandağ: Əfsanələrlə dolu dağ - VİDEO

 
 



Euronews, Aİ
16.05.2018


Müəllif: Qalina Polonskaya

İlandağ Azərbaycanın Naxçıvan Muxtar Respublikasının əsas rəmzlərindən biridir. Orta əsrlərdə bu dağın yamaclarında yaşayış məntəqəsi də olub. İlandağ hər zaman sirli məkan sayılıb. O, sanki yerli əhalini əfsanələr yaratmağa ruhlandırıb.

Qalina Polonskaya (Euronews): “Bu dağın adı “İlan dağı” kimi tərcümə olunur. Əfsanəyə görə, yaxşı insanlar zalımlardan bu dağda gizlənə bilirmiş. İlanlar zalımlara hücum edirmiş. Lakin yerli əhali bu dağda ilan olmadığını deyir”.

Əsas əfsanəyə görə, Nuhun gəmisi daşqın zamanı məhz bu dağla toqquşub və onu iki hissəyə parçalayıb.

Vəli Baxşəliyev (tarixçi, Azərbaycan Milli Elmlər Akademiyası): “Əfsanəyə əsasən, Nuhun gəmisi İlandağa dəyib. Həmin vaxt Nuh torpağın yaxın olduğunu başa düşüb. Əfsanəyə görə, Nuhun gəmisinin səfəri buradan 100 kilometr uzaqda başa çatıb. Gəmi İlandağdan daha hündür digər dağın zirvəsində dayanıb”.

Buraya yaxın olan digər dağdakı qədim qaladan İlandağa möhtəşəm mənzərə açılır. Həmin dağın zirvəsinə çatmaq üçün ilk növbədə 2 min pilləni dəf etməlisiniz!

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az