10.12.2018 07:26
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
“Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”

 
 



Sputnik, Türkiyə
16.05.2018


Brüsseldə etnik və dini zorakılığın qurbanları mövzusunda təşkil olunmuş beynəlxalq konfransda çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti daha da mürəkkəbləşdirmək üçün istifadə etdiyini söyləyib. O, bunun ciddi narahatlıq yaratdığını və qəbuledilməz olduğunu bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın Suriya ermənilərini işğal altındakı Azərbaycan torpaqlarına köçmələri üçün təşviq etdiyini deyib. “Suriyada vəziyyətin pisləşməsilə, Ermənistan bu ölkədə yaşayan erməniləri Azərbaycanın işğal altındakı ərazilərinə köçməyə təşviq edir. Müxtəlif hesabatlara əsasən, artıq yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan ərazilərində məkunlaşdırılıb”, - deyə nazir qeyd edib.

“Məqsəd ərazilərimizin ilhaqıdır”

E.Məmmədyarov hesab edir ki, bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının əngəllənməsi, həmin ərazilərin ilhaqı durur. Nazir bunu 4-cü Cenevrə Konvensiyasının və onun əlavə protokollarının ciddi şəkildə pozulması kimi qiymətləndirib.

“Beynəlxalq ictimaiyyətin diqqəti Suriya böhranından çıxış yollarının axtarışına yönəlib. Halbuki, bu ölkə əhalisinin problemlərindən başqa bir bölgədə sülh səylərini əngəlləmək, vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə olunması da son dərəcə narahatlıq yaradan haldır. Bu, tamamilə qəbuledilməz və yolverilməzdir!”, - deyə Məmmədyarov bildirib.

Nazir deyib ki, ümumiyyətlə, erməni əsgərlərinin işğal altındakı Azərbaycan torpaqlarında qalması məcburi köçkünlərin hüquqlarının bərpasını, evlərini tərk etmiş insanların problemlərinin həllini çətinləşdirir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sputnik


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az