18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycanın Gəncə şəhəri Avropanın İdman Şəhəri seçilib

 
 



ANAJ, İran
24.05.2018


Avropanın Şəhərlər və Paytaxtlar Federasiyası Azərbaycanın Gəncə şəhərini 2019-cu il üçün Avropanın İdman Şəhəri seçib.

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu münasibətlə İcra hakimiyyətinin təşəbbüsü, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə şəhər mərkəzində keçirilən “İdman paradı”nda 5 min nəfər iştirak edib. Parada müxtəlif idman sahələrində nailiyyət qazanmış çempionlar, şəhər məktəblərinin idman məşqçiləri, eləcə də bir sıra siyasi xadimlər, Yeni Azərbaycan Partiyasının gənclər qanadının üzvləri və s. qatılıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə açıqlamasında deyib: “2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin “Mədəniyyət paytaxtı” seçilmiş Gəncə şəhəri 2019-cu il üçün Avropanın İdman Paytaxtı elan edilib”.

Bu münasibətlə şəhərin bütün gənclərini təbrik edən Vəliyev deyib: “Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və digər əlaqədar qurumların əməkdaşlığı ilə Gəncə şəhərinə layiq tədbirlər keçirməyə çalışacağıq”.

4 il əvvəl Avropa İttifaqının idman siyasətini həyata keçirmək məqsədilə yaradılmış Avropanın Şəhərlər və Paytaxtlar Federasiyası hər il 9-19 şəhəri Avropanın idman şəhəri, 1 şəhəri isə Avropanın İdman Paytaxtı seçir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az