12.12.2018 03:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
Formula 1: Bakı 2021-ci ildən daha əlverişli razılaşma istəyir

 
 



Motosport, Fransa
29.05.2018


Müəllif: Fabyen Qayar

Azərbaycan Qran Prisinin təşkilatçıları Formula 1 rəsmilərindən 2021-ci ildən etibarən iştirak haqqınının azaldılmaını xahiş edir.

Bakı təqvimdəki 21 yarış arasında ən çox iştirak haqqı ödəyən tərəfdir. Bu, vaxtilə Berni Eklestonu və komandaları Bakı yarışının maddi cəhətdən daha maraqlı olacağına inandırmaq üçün atılmış addımdır.

Tərəflər arasındakı 10 illik razılaşma 2026-ci ilədək nəzərdə tutulub. Lakin müqavilədə yarışın yalnız 5 mövsüm keçirilməsinin məcburi olduğuna dair bənd də var. Hazırkı müqavilənin şərtlərinə əsasən, 2016-cı ildən 3 Formula 1 yarışına ev sahibliyi etmiş Azərbaycan hələ ən azı 2 mövsüm də bunu təkrarlamalıdır. Bununla belə, təşkilatçılar növbəti 5 il üçün daha əlverişli razılaşma istəyir.

Bakı belə müraciətlə çıxış etmiş ilk təşkilatçı deyil. Hokenheym bu ilin sonunda Mayami Qran Prisinin yenidən təqvimə qaytarılması üçün də daha əlverişli şərtlər irəli sürməlidir. Bir sözlə, Floridadakı yarış gəlirlərin və risklərin Formula 1 və təşkilatçı arasında bölüşdürüləcəyi yeni razılaşmaya əsaslanmalıdır.

Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov deyir: “Bizim 2016-cı ildən başlamış 5 yarış üçün 5 illik məcburi müqaviləmiz var. Qarşılıqlı razılaşmanın olmadığı təqdirdə tərəflər müqaviləni poza bilməz. Odur ki, biz “pozulma” bəndindən danışmırıq. Sadəcə olaraq, müqavilənin ikinci hissəsindən danışırıq. Hamımız bilirik ki, bəzi şərtləri yaxşılığa tərəf dəyişməliyik. Həm bizim, həm də Formula 1 üçün məqbul şərtlərin təmin olunmasına çalışırıq”.

Ümumiyyətlə, “Liberty Media”nın Formula 1 rəhbərliyinə gəlişilə müxtəlif təşkilatçılarla mövcud müqavilələrdə fərqli rəqəmlərin olduğu daha dəqiq ortaya çıxıb.

“Biz orta səviyyəyə yaxın rəqəm istəyirik. Madam ki, söhbət ictimai məlumatdan gedir, düşünürəm ki, orta səviyyənin necə olduğunu hər kəs”, - deyə Rəhimov bildirib: “Statistik baxımdan hər iki tərəfdən çıxarılmalı aberrasiyalar var. Biz Avropadan kənar yarışların ortalamasına yaxın olmaq istəyirik. Bütün yarışların orta həddini götürə bilmərik. Bir çox səbəblərdən, o cümlədən logistika imkanlarına və fəaliyyət xərclərinə görə Avropa yarışları daha az pul ödəyir. Biz isə Avropadan kənar yarışların ortalamasını istəyirik. Bu, bizim “Formula One Management”lə müzakirə etdiyimiz tək məsələ deyil. Müqavilənin bir sıra digər kommersiya şərtlərini də nəzərdən keçirəcəyik. Onlar yeni yanaşma tətbiq etmək istəyir. Bu, həmin yanaşmanı hər birimiz üçün məqbul edə biləcək ikitərəfli səylərdir”.

Arif Rəhimov fikrini belə davam etdirib: “Məsələni iyunun sonunadək həll etməyə çalışacağıq. Düşünürəm ki, razılığa gələ biləcəyik. Əlbəttə ki, biz şərtlərin yaxşılaşdırlmasına istəyirik. Amma bunun onların gəlirini azaldacağı da aydındır”.

Mayami ilə əvəzlənmə ola bilməz

Rəhimov 2019-cu ildə Mayami Qran Prisinin gəlişilə Azərbaycan Qran Prisinin cədvəldən çıxarılacağına dair iddiaları rədd edib. “Mayami gəlsə belə (bu, baş verəcək), bütün digər yarışlar yerində qalacaq. 22 yarışlı təqvimə keçəcəyik. Düşünürəm ki, bu haqda deyilənlər sadəcə, şayiədir. Bu şayiənin necə yayıldığını deyə bilmərəm. Sadəcə, burada məntiq yoxdur. Yəqin ki, 1-2 aya təqvim dərc ediləcək və biz həmin təqvimdə olacağıq. Bununla da bir çox suallara aydınlıq gələcək”, - deyə Rəhimov qeyd edib.

Bütün bunlarla yanaşı, gələn il Azərbaycan Qran Prisi yenidən əvvəlki iki ildə olduğu vaxtda, yəni iyunda təşkil edilə bilər. Hər halda, bu il apreldə keçirilmiş yarış müəyyən logistik problemlər yaradıb.

“Biz yarışı yenidən iyuna keçirmək istəyirik. Çünki trası hazırlamaq üçün 3 və ya 4 ay lazım olur. Əgər yarış apreldə keçirilirsə, biz hazırlıqlara qış aylarında başlamalıyıq. Bu isə hava şəraiti üzündən bir sıra çətinliklər yaradır. Bütün bunlar səmərəli işləməyimizə maneədir. Beləliklə, biz yarışın yenidən iyunda keçirilməsini istəyirik”, - deyə A.Rəhimov bildirib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Motosport


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az