18.04.2019 22:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Dolma – Azərbaycan mətbəxinin şah əsəri - VİDEO

 
 



Euronews, Aİ
29.05.2018


Müəllif: Qalina Polonskaya

Azərbaycan mətbəxinin şah əsəri – dolma. Bu yeməyə maraq ölkənin istisnasız olaraq bütün bölgə və millətlərini birləşdirir. Məhz Azərbaycan dolması UNESCO-nun mədəni irs siyahısına belə, daxil edilib.

Qalina Polonskaya (“Euronews”): “Dolma Azərbaycan mətbəxinin əsas sütunlarından biridir. Ölkədə onun 386 növü var”.
Ət, düyü, göyərti, soğan, təzə üzüm yarpağı: Azərbaycan dolmasının uğur sirlərindən biri də təbii yerli ərzaqlardır.

Qalina Polonskaya, (“Euronews”): “Dolmanı bükmək zərgər işidir və bu işdə hər xanımın özünün kiçik sirri var”.

Ceyran xanım dolma bükməyi nənəsindən öyrənib. Resepti nəsildən-nəsilə ötürməyin özü də bir adətdir.

Ceyran Əsgərova (Milli Kulinariya Mərkəzi rəhbərinin müavini): “Dolmanı hazırlamağın çətinliyi ondadır ki, o, çox balaca olmalı, incə bükülməli və bişərkən yarpaqları açılmamalıdır”.

Azərbaycanda bayram süfrəsini dolmasız təsəvvür etmək mümkün deyil.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az