19.08.2018 12:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Qara Qarayevin 100 illik yubileyi

 
 



ItARTBag, Fransa
08.06.2018


Azərbaycan Dövlət Kamera Orkestri 2018-ci il mayın 14-də UNESCO-nun Parisdə yerləşən iqamətgahında böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100-cü ildönümü münasibətilə möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsert səhnədəki böyük ekranda video və foto nümayişi ilə müşayiət olunub. Konsert salonunun foyesində isə bəstəkarın şəkillərindən və əlyazmalarının surətlərindən ibarət sərgi təşkil olunub.

Konsert Almaniyanın Köln Ali Musiqi Məktəbinin məzunu, dirijor Fuad İbrahimovun rəhbərliyilə keçib. F.İbrahimov 2014-cü ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin rəhbəri, Yeni Münhen Filarmoniya Orkestrinin və Bakı Kamera Orkestrinin dirijorudur. O, dünyanın bir çox ölkəsində çıxış edib. 2013-cü ildə Fuad İbrahimov Azərbaycan prezidenti tərəfindən Prezident mükafatına layiq görülüb.

Konsert proqramında xalq və klassik musiqi ifaçıları tərəfindən balet üçün musiqi, simfonik və kamera musiqisi, filmlər üçün mahnılar və s. səsləndirilib.

Qara Qarayev

Qara Qarayev (1918-ci il fevralın 5-də Bakıda anadan olub, 1982-ci il mayın 13-də Moskvada vəfat edib), yaradıcılığı bütün musiqi janrlarını əhatə edən görkəmli Azərbaycan bəstəkarıdır. Onun ifadəli, emosional və romantik üslubu xalq musiqisinin prinsiplərilə sıx bağlıdır. Qarayev yenilikçi bir ustad kimi, qədim milli musiqi irsinin ənənəvi klassik və müasir musiqi formaları ilə harmoniyası əsasında çoxsaylı monumental əsər yaradıb. Ömrünü musiqi sənətinə həsr edərək bir çox mütərəqqi müasir şah əsər bəstələmiş Qarayev Azərbaycan musiqisini caz kimi digər müasir musiqi janrlarından bəhrələnməyə ruhlandırıb.

Dövlət Konservatoriyasında müəllim kimi də çalışmış Qara Qarayev bir sıra tanınmış Azərbaycan musiqiçisi və bəstəkarının yetişməsində böyük rol oynayıb. Onun tələbələri arasında Rauf Hacıyevin, Arif Məlikovun, Xəyyam Mirzəzadənin, Vasif Adıgözəlovun, Tofiq Bakıxanovun, Firəngiz Əlizadənin (UNESCO-nun sülh artisti) adlarını çəkmək olar.

Qarayev özündə görkəmli bəstəkar, ictimai fəal, istedadlı müəllim, yazıçı və tədqiqatçı rollarını ustalıqla birləşdirmişdi. Onun həyat, insan və zaman haqqında dərin fəlsəfi düşüncələri əks etdirən əsərləri insanı mənən təkmilləşməyə çağırır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ItARTBag


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az