23.06.2018 02:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
İranın “Dena Plus” avtomobili Azərbaycanda “Xəzər” markası ilə satışa çıxarılır + QİYMƏTLƏR

 
 



ANAJ, İran
11.06.2018


“İran Khodro” və “Azərmaş” şirkətləri tərəfindən Azərbaycanda istehsal edilən “Xəzər” avtomobilləri gələn həftədən bazara çıxarılacaq.

“Xəzər” avtomobil istehsalı sənayesinin avtomobillərinin təqdimetmə mərasimi Azərbaycanın Neftçala şəhərində keçirilib. Mərasimdə çıxış edən “Azərmaş” şirkətinin İdarə Heyətinin sədri Emin Axundov bu avtomobil zavodunun açılışının 2018-ci il martın 29-da İran və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu, məşğulluğun artmasına, yeni iş yerlərinin yaranmasına, ölkə iqtisadiyyatına investisiyaların cəlbinə və Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafına müsbət təsir edəcək.

Zavodda istehsal olunan avtomobillər “Avro 5” və beynəlxalq təhlükəsizlik standartlarına cavab verir. Avtomobillər Azərbaycan brendi ilə yerli və xarici bazarlara çıxarılacaq.

Zavodun istehsal gücü hələlik ildə 10 min avtomobil təşkil edir. Bu, orta hesabla ayda 60 ədəd “Xəzər LD” və 100 ədəd “Xəzər SD” avtomobili deməkdir. İstehsal edilmiş avtomobillər ilk dəfə Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil satış mərkəzində satışa çıxarılacaq.

“Xəzər SD” avtomobillərinin qiyməti 16 min manat, “Xəzər LD”nin qiymətisə 18 min manatdır. Onları nağd və ya 20% ilkin ödəniş etməklə, 4 illik kreditlə almaq mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanın İqtisadiyyat, Maliyyə və Enerji nazirlikləri, Milli Məclis və digər dövlət qurumları artıqxidməti avtomobillər almaq üçün zavoda müraciət edib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az