19.08.2018 11:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Bakı Naxçıvanda 11 min hektar ərazini nəzarətə götürdü

 
 



IRNA, İran
12.06.2018


Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən Ümumqoşun Birləşmələri Komandanlığından verilən məlumata görə, Azərbaycan ordusu hərbi əməliyyat nəticəsində Naxçıvanın Ermənistanla sərhəddə yerləşən 11 min hektarlıq ərazisini öz nəzarətinə alıb.

Komandanlığın mətbuat xidmətinin açıqlamasında deyilir: “Azərbaycan Ordusunun birləşmələri mayın sonunda keçirdiyi hərbi əməliyyat nəticəsində Naxçıvanın Şərur rayonunun 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Günnüt, Arpa, Dərələyiz kəndlərini öz nəzarətinə qaytarıb”.

Məlumata görə, Azərbaycan Ordusu həmçinin Günnüt kəndi yaxınlığında Ağ Bulaq, Qızıl Qaya və Mehri Dağ da daxil olmaqla, bir sıra strateji yüksəklikləri də ələ keçirib.

Azərbaycan hərbçilərinin bu ərazilərə necə daxil olduğu açıqlanmasa da, ümumilikdə 11 min hektar ərazinin, o cümlədən 8 hektar əkinə yararlı torpağın Azərbaycan ordusunun nəzarətinə keçdiyi vurğulanır.

Nəticədə Naxçıvanın Günnüt kəndinin əhalisi 26 il sonra, iyunun 7-də öz kəndinə qayıdıb.

Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb və 1992-ci ildə hərbi toqquşmalara çevrilib. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb. Bunadək isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan qüvvələri tərəfindən işğal olunub.

Naxçıvan Muxtar Respublikası İran, Türkiyə və Ermənistanla həmsərhəddir. Ərazisi 5,502 min kvadrat kilometr, əhalisi 700 000 nəfərə yaxın olan Naxçıvan Azərbaycan Respublikasının tərkibində muxtar respublikadır.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Naxçıvanın Azərbaycanla quru əlaqəsi kəsilib. Hazırda bu əlaqə İran vasitəsilə təmin olunur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az