21.01.2019 06:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı

 
 



ANAJ, İran
13.06.2018


Rusiyanın Avropanın enerji bazarındakı gücünü nəzərə alan və öz enerji ehtiyaclarının bir hissəsi üçün alternativ mənbələr arayan Avropa İttifaqı, “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulan ölkələrə dəstək olacaq.

Türkiyədə 40 milyard dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” layihəsinin TANAP adlı ikinci fazasının açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Bu nəhəng layihə 2020-ci ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetr qaz nəql etmək gücündə olacaq. Başlanğıcda nəql olunacaq 16 milyard kubmetr qazın 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə tədarük ediləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimdəki çıxışında bunu iki dost və qardaş ölkə üçün qürurverici layihə adlandırıb və onun reallaşmasına göstərdikləri dəstəyə görə Avropa İttifaqına və ABŞ-a təşəkkür edib.

Ərdoğanın sözlərinə görə, bu layihə iqtisadi gəlirlə yanaşı, Avropanın enerjiyə olan ehtiyacının bir qismini ödəməklə, qitənin enerji təhlükəsizliyinə zəmanət verəcək, Avropadakı və regiondakı dost ölkələri sevindirəcək.

Açılış mərasimi ərəfəsində diqqətləri cəlb edən məqam, bir neçə gün əvvəl İtaliyanın koalisiya hökumətinin bu layihəyə qarşı çıxmasıdır. Yunanıstan ərazisindən keçməklə İtaliyaya, oradansa Avropa ölkələrinə uzanmalı olan TAP-ın (“Cənub Qaz Dəhlizi” layihəsinin 3-cü fazası) taleyi İtaliya hökumətinin mənfi mövqeyi ucbatından qeyri-müəyyənliklə üzləşib. Görünür, İtaliyanın hazırkı hökuməti bu qaz boru kəmərinin marşrutuna yenidən baxmaq bəhanəsi ilə öz sövdələşmə gücünü artırmağa, tranzitə görə daha çox pay əldə etməyə çalışır.

Ekspertlərin fikrincə, 2020-ci ildə işə düşməli olan enerji nəqli marşrutuna yenidən baxılması layihənin tamamlanmasını ən azı 5 il gecikdirəcək.

Daha bir mühüm məqam isə İtaliyanın yeni hökumətinə Rusiya lobbisinin təsiridir. Məsələ ondadır ki, “Qazprom” şirkəti Rusiya qazını Qara dənizdən Türkiyə ərazisinə, oradansa Avropaya nəql etməli olan “Türk axını” layihəsini həyata keçirir. Şirkət layihəni 2019-cu ilədək başa çatdırmaq niyyətindədir. Layihə vaxtında yekunlaşarsa, “Cənub Qaz Dəhlizi”nin reallaşması isə İtaliya ərazisində (TAP) ləngiyərsə, Rusiya Avropanın enerji bazarında dominantlığını  davam etdirəcək. Bununla da o, orta perspektivdə Avropaya ilə enerji savaşında bu kartdan istifadə edə biləcək.

Bu arada, yaxın gələcəkdə İranla Türkmənistanın da “Cənub Qaz Dəhlizi”nə qoşulma ehtimalı nəzərə alınmalıdır. Belə olarsa, Avropa öz enerji təhlükəsizliyini və mənbələrin şaxələndirilməsini təmin  etmək üçün genişmiqyaslı enerji müharibəsinə hazırlaşa, bu məqsədlə layihədə iştirak edən tərəfdaş ölkələrə dəstək verə bilər.

Layihənin üçüncü fazasının tamamlanması ilə bağlı bir məqam da var. Əgər İtaliya kəmərin marşrutunu dəyişdirməkdə və layihənin reallaşmasını qəsdən təxirə salmaqda israr edərsə, Azərbaycan qazının Bolqarıstan və Rumıniyadan keçməklə Avropanın mərkəzinə çatıdırılmasını nəzərdə tutan köhnə “Nabucco” layihəsi yenidən masa üzərinə qoyula bilərlər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az