20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”

 
 



Anadolu Ajansı, Türkiyə
14.06.2018


Müəllif: Barış Seçkin

Azərbaycan prezidenti İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”.

Azərbaycan prezidenti İlham Əliyev Trans-Anadolu qaz kəmərinin (TANAP) istismara verilməsinin Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olduğunu bəyan edib. O, bunu Eskişehirin Seyit Qazi qəsəbəsinin Aksaklı məntəqəsində təşkil edilmiş açılış mərasimində bildirib.

İlham Əliyev ölkəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyilə əldə edilmiş uğurlara çox sevindiklərini söyləyib: “Biz Azərbaycanda Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə edilmiş uğurlara çox sevinirik. Prezident Ərdoğanın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə dünya çapında böyük gücə çevrildi. Türkiyə o ölkədir ki, dünya gündəliyini müəyyən edir. Biz Azərbaycanda buna sevinirik. Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir”.

Dünyada bir-birinə Türkiyə ilə Azərbaycan qədər yaxın, bir-birini bu qədər dəstəkləyən başqa ölkələr tapmağın çox çətin olduğunu deyən Əliyev fikrini belə davam etdirib: “Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir. Bu gün TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”.

TANAP-ın prezident Ərdoğanla birgə həyata keçirdikləri ilk layihə olmadığını xatırladan İlham Əliyev 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan ləyihəsinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin, ötən il isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını birgə etdiklərini vurğulayıb.

“Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”, - deyə Azərbaycan prezidenti bildirib.

İ.Əliyev vaxtilə Azərbaycan qazının nəqlilə bağlı müəyyən çətinliklərin olduğunu da yada salıb. “Türkiyə və Azərbaycan TANAP-ın adını 2012-ci ildə İstanbulda birlikdə qoyub. Biz bu illər ərzində böyük işlər gördük. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”, - deyə dövlət başçısı qeyd edib.

TAP layihəsinin də yekunlaşması ilə Avropanın ən böyük infrastruktur layihəsinin reallaşacağınə söyləyən Əliyev deyib: “Bu bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın. “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsidir”.

Azərbaycan prezidenti TANAP-ın reallaşdırılmasında iştirak etmiş şirkətlərə təşəkkürünü də bildirib: “Bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olub. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az