22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycan: şanlı may qələbəsi!

 
 



THE JERUSALEM POST, İsrail
25.06.2018


Müəllif: Seymur Məmmədov

Azərbaycan Ordusu verilən tapşırıqları uğurla yerinə yetirə bildiyini nümayiş etdirir. 2016-cı ilin aprel döyüşləri bunun açıq və aydın nümunələrindən biri idi. Həmin vaxt Azərbaycan Silahlı Qüvvələri Talış kəndi yaxınlığındakı yüksəkliyi, Seysulan kəndini işğaldan azad etmiş, həmçinin Füzuli rayonunda yerləşən strateji yüksəkliyi – Lələtəpəni nəzarətinə götürmüşdü.

Aprel döyüşləri zamanı əldə olunmuş qələbə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi prosesinin başlanğıcı sayıla bilər. Bu yaxınlarda, daha dəqiq desək, mayın sonlarında Azərbaycan Silahlı Qüvvələri 26 ildən sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən Günnüt kəndini də işğaldan azad edib. Ermənistan ordusu bu kəndi 1992-ci ildə işğal etmişdi.

Azərbaycan Ordusu şiddətli döyüşlərdən sonra daha əlverişli mövqe tutub, bunun ardınca isə Xunut dağı, Ağbulaq yüksəkliyi, daha sonra Qızılqaya dağı və Mehridağ düşməndən azad olunub. Eyni vaxtda Dərələyəz mahalının Arpa kəndi də Azərbaycan Ordusunun nəzarətinə keçib. Ermənistan bu kəndin adını dəyişərək onu “Areni” adlandırırdı.

Strateji ərazi sayılan Qızılqaya dağının azad edilməsi Azərbaycan Ordusunun Yerevan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarəti də ələ almasına imkan verib. Ümumilikdə həmin əməliyyat zamanı Azırbaycan Ordusu təxminən 11 min hektarlıq ərazini nəzarətinə götürüb. Onun 8 min hektardan çoxu kənd təsərrüfatı, xüsusilə də dəmyə əkinçiliyi üçün yararlıdır.

Tarixə nəzər yetirək: ötən əsrin 90-cı illərində təkcə Günnüt kəndi deyil, həm də Şərur rayonunun digər kəndləri – Sədərək, Xavuş, Şahbulaq düşmən ordusunun davamlı hücumlarına məruz qalırdı. 1992-ci ildə Ermənistan ordusu Günnüt kəndində yerləşən evləri, bir çox sosial binanı, məktəbləri, xəstəxananı, məscidi, qəbirstanlığı, kitabxananı dağıdıb. Nəticədə yerli əhali doğma torpağını tərk etmək, digər ərazilərdə məskunlaşmaq məcburiyyətində qalıb.

Nəhayət, 26 il sonra onlar doğma Günnüt kəndinə qayıda, qohumlarının məzarlarını ziyarət edə bilib. Bu yaxınlarda kəndin bərpası üçün genişmiqyaslı işlərə də başlanılacaq.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Cocuq Mərcanlı kəndini erməni işğalçılarından azad etməsindən sonra Azərbaycan prezidenti İlham Əliyev kəndin bərpası ilə bağlı sərəncam imzalamışdı. Sərəncama əsasən artıq Cocuq Mərcanlıda yeni yollar salınıb, onlarla ev, sosial bina tikilib.

Beləliklə, Naxçıvanda baş verənlər Ermənistanın 2016-cı ildən sonra ikinci məğlubiyyətidir. O, artıq qeyd edildiyi kimi, ilk dəfə 2016-cı ilin aprelində baş vermiş “4 günlük müharibə”də məğlub olmuşdu. Çox güman ki, Yerevan üçün Azərbaycana növbəti dəfə uduzmasının səbəbi maraqlıdır.

Birincisi, bu yaxınlarda Naxçıvan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. İkincisi, Naxçıvanda yeni hava hücumundan müdafiə sistemləri, raketlər, artilleriyalar yerləşdirilib. Buraya “Smerç”, “Qasırğa T-300”, “T-122 Sakarya” raket kompleksləri də daxildir.

Ümumiyyətlə, bu gün Azərbaycan kəmiyyətə deyil, keyfiyyətə üstünlük verilir. Odur ki, şəxsi heyətin sayında dəyişiklik edilməyib. Sadəcə Azərbaycan müasir və yeni silahlar alır. Bu silahlar düşmən ordusunun böyük hissəsini zərərsizləşdirmək gücündədir.

Üçüncüsü, Azərbaycan Türkiyə ilə hər il birgə hərbi təlimlər keçirir. Dördüncüsü, Azərbaycanın hərbi büdcəsi illər ərzində 30 dəfə artıb. Hazırda ölkənin hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən daha yüksəkdir.

Bəs bütün bunlar nəyi göstərir?

Məsələ bundadır ki, Azərbaycan Ermənistandan fərqli olaraq, istənilən müasir silahı ala bilir. Bunu güc yolu ilə sübut etməyə ehtiyac varmı? Rəsmi Yerevanın işğalçılığı dayandırmasının, işğal altındakı Dağlıq Qarabağ və ona bitişik 7 rayonu Bakıya qaytarmaq haqda düşünməsinin vaxtı deyilmi?

Ermənistanın hakim rejimi artıq iki məsələni başa düşməlidir:

1. Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, Bakı yeni silahların alışını davam etdirəcək.

2. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququ var.

Bir sözlə, 2016-cı ilin aprel və 2018-ci ilin may döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, prezident İlham Əliyevin orduya böyük diqqət ayırdığını, ordunun döyüş qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha nümayiş etdirib. Bir daha aydın olub ki, Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri istənilən vaxt azad edə bilər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az