18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Mədəniyyət: İranla Azərbaycanı bir-birinə bağlayan amil

 
 



Econews, İran
28.06.2018


Mədəniyyət İran və Azərbaycan xalqlarının ümumi irsidir. Bu günlərdə Azərbaycanda İran mədəniyyəti həftəsi başlayıb. Bu münasibətlə təşkil olunmuş mərasimdə İran İslam Respublikasının mədəniyyət və islam oriyentasiyası naziri Seyid Abbas Salehi də iştirak edib.

İran-Azərbaycan münasibətləri uzun illərdir ki, xalqlarımızın dostluğu ilə davam edir. Bu münasibətlərin möhkəmlənməsinə bilik, inanc, incəsənət, mədəniyyət də öz əvəzsiz töhfəsini verir.

Dünyada bir-birinə Azərbaycanla İran qədər yaxın olan çox az ölkəyə rast gəlmək mümkündür. Xalqlarımızın ümumi irsini təcəssüm etdirən bir çox nümunə var. Nizami Gəncəvi, Xaqani Şirvani kimi şairlər, Lənkərani və Naxçıvani kimi müsəlman mütəfəkkirlər və yüzlərlə başqa nümunələr öz-özlüyündə iki millətin ortaq tarixini, mədəniyyətini sübut edən güclü əsaslardır.

İki xalqın dostluğu

Sovet İttifaqının dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra İranla bu respublika arasında mədəni əlaqələr sürətlə inkişaf etməyə başlayıb. Sovet hakimiyyətinin süqutundan sonra baş vermiş ilk hadisələrdən biri də Naxçıvan, Lənkəran, Astara, Cəlilabad və digər sərhədyanı bölgələrdən minlərlə insanın İrana axın edərək, buradakı qohumlarına qovuşması olub.

Məhz xalqlarımızın görüşmək istəyi bu Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı illərdə turizmin inkişafını stimullaşdıran amil olub və hazırda Azərbaycan turistlərinin ən çox səyahət etdikləri ölkələr sırasında İran ikinci yerdədir. Hər il təxminən 1 milyona yaxın Azərbaycan vətəndaşı İrana gəlir.

Bu yaxınlarda sərhəd keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi iki ölkə arasında gediş-gəlişi daha da asanlaşıb.

İranlılar da Azərbaycana səyahət etməyə böyük maraq göstərir. Bakı bu yaxınlarda İran vətəndaşları üçün viza rejimini sadələşdirib. İndi, iranlılar Azərbaycana səfər edən zaman vizanı beynəlxalq hava limanlarından ala bilir.

Media əməkdaşlığı

İki ölkə arasında mətbuat sahəsində əldə edilmiş razılaşmaya əsasən, Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərindən – 1992-ci ildən İran İslam Respublikasının dövlət informasiya agentliyinin (IRNA) Bakı nümayəndəliyi fəaliyyətdədir. Azərbaycanın rəsmi informasiya agentliyinin (AZƏRTAC) ofisi də illərdir ki, Tehranda fəaliyyət göstərir.

Tehranda Azərbaycanın ən populyar informasiya agentliyi olan APA-nın da ofisi var.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı (IRIB) və “Səhər” telekanalı da Bakıda fəaliyyət göstərən media qurumlarındandır. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində KİV-in mühüm rolu nəzərə alındığından, ötən il İran mədəniyyət nazirinin müavini azərbaycanlı həmkarı ilə görüşüb. Elə keçən il İranın Bakıdakı səfirliyinin təşkilatçılığı və dəstəyilə Azərbaycanın qabaqcıl mətbuat orqanlarının nümayəndələrindən ibarət bir neçə qrup İranda səfərdə olub.

Ötən ilin iyununda İran mədəniyyət və islam oriyentasiyası nazirinin mətbuat və informasiya üzrə müavini Hüseyn İntizami də iki ölkə arasında media əməkdaşlığını müzakirə etmək məqsədilə Bakıda olub.

Mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin fəaliyyəti iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır. Müxtəlif mədəni tədbirlərin keçirilməsi, o cümlədən sərgilərin təşkili, iki ölkə rəssamlarının qarşılıqlı dəvəti, film günlərinin keçirilməsi, fars dili kurslarının təşkili, universitetlər və elm mərkəzlərilə əməkdaşlıq, mədəni, elmi və dini kitabların dərci də bu qurumun fəaliyyətinə daxildir.

Mədəniyyət Mərkəzi bu ilin fevralında İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi və Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin də iştirakı ilə Bakıda İran kinosu günləri də təşkil etmişdi.

Universitetlər iki ölkə arasında əməkdaşlıq edən daha bir sahədir. İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri deyir ki, Azərbaycanda təxminən 2 min iranlı tələbə təhsil alır. Onıarln əksəriyyəti Tibb və İncəsənət universitetlərinin tələbələridir.

Mədəniyyət sahəsində əməkdaşlıq sazişləri

Xalqlar arasında təmasların qurulması ilə yanaşı, iki ölkə arasında rəsmi münasibətlərin əsası 1993-cü ilin oktyabrında və 1994-cü ilin iyulunda mədəni, elmi və təhsil sahələrində əməkdaşlıq haqqında iki memorandumun imzalanması ilə qoyulub. Eləcə də 1994-cü ilin dekabrında Bakıda İranla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb, hər iki ölkədə qarşılıqlı mədəni proqramların icrasına başlanıb.

2002-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İran Mədəniyyət və İslam Oriyentasiyası Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2004-cü ildə hökumətlərarası saziş, 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyi ilə İranın Mədəni İrs, Əl işləri və Turizm Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bunlar mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanmış sənədlərin yalnız bir hissəsidir. Ümumilikdə, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Bakı ilə Tehran arasında bu sahədə əməkdaşlığa dair 30-a yaxın saziş imzalanıb.

İranda Azərbaycan mədəniyyəti həftəsi keçirilib

Qarşılıqlı olaraq mədəniyyət günlərinin, film həftələrinin, mədəniyyət və incəsənət sərgilərinin keçirilməsi, həmçinin iki ölkənin elm və təhsil sahəsində əməkdaşlığı İranla Azərbaycan arasında imzalanmış əməkdaşlıq sənədlərinin nəticəsidir. Ötən ilin iyununda Tehran, İsfahan və Ərdəbil şəhərlərində Azərbaycan mədəniyyəti həftəsinin təşkili də buraya daxil idi. Həftə ərzində turizm sərgisi təşkil olunmuş, Azərbaycan Milli Orkestrinin və teatr qrupunun çıxışları olmuş, Azərbaycan filmləri nümayiş etdirilmişdi.

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyəti həftəsinin Tehranda təşkil olunmuş açılış mərasimindəki çıxışında bunun tarixi əlaqələrimizin, Tehranla Bakının qarşılıqlı maraqlarının və iki xalqın bir-birinə olan sevgisinin bariz nümunəsi olduğunu söyləmişdi.

İranın sabiq mədəniyyət və islam oriyentasiyası naziri Seyid Rza Salehi Əmiri ilə Qaraevin görüçündə isə kino, teatr, təsviri incəsənət, nəşriyyat, mədəniyyət və bədii sərgilərin keçirilməsi, əl yazmaları mübadiləsi və milli kitabxanalar arasında əməkdaşlıq haqqında saziş imzalanmışdı.

Seyid Rza Salehi Əmirinin sözlərinə görə, iki nazirin danışıqlarında iki ölkənin ziyalıları arasında mədəni dialoqların canlandırılması haqda da razılıq əldə olunub: “Hesab edirik ki, bu, münasibətlərimizin inkişafı üçün yeni istiqamətlər və imkanlar açacaq”.

Bu il isə Azərbaycan İran mədəniyyəti həftəsinə ev sahibliyi edir. Belə tədbirlərin təkrarlanması öz-özlüyündə iki ölkə arasında dərin bağlılıq və strateji əlaqələrin göstəricisidir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Econews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az