17.11.2018 17:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
“Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanıb

 
 



HABERTÜRK, Türkiyə
04.07.2018


Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan və TPAO-nun 19%-lik paya sahib olduğu “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə “mavi yanacaq” tədarükünə start verilib. Yatağın 2,16 milyard kubmetr qaz ehtiyatına malik olduğu bildirilir.

“Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə qaz nəqlinə başlanıb. BP-nin operatoru olduğu konsorsiumdan verilən məlumatda deyilir ki, “Şahdəniz-2”nin vaxtında və planlaşdırılmış büdcə ilə təhlükəsiz şəkildə reallaşdırılmasına başlanıb və bununla da, nəzərdə tutulduğu kimi, iyunun 30-dan yataqdan Türkiyəyə qaz nəqlinə start verilib.

Xəzər dənizindən hasil olunan Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin başlanğıc nöqtəsi olan “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası çərçivəsində illik 16 milyard kubmetr qaz hasilatı nəzərdə tutulur. Ümumilikdə “Şahdəniz” hövzəsində isə qaz hasilatının illik 26 milyard kubmetrə çatacağı deyilir.

“Önəmli məhək daşı”

Layihənin region üçün əhəmiyyətindən danışan SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Qazın TANAP vasitəsilə nəqlinə başlanması “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması baxımından mühüm tarixi hadisədir. Bu meqalayihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə “Cənub Qaz Dəhlizi” seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olmuşuq. Üstəlik, bu işləri qrafikə uyğun və gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bilmişik. “Şahdəniz-2” üçün platforma və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib. Bütün tikinti işləri Azərbaycanda aparılıb. Bu, Azərbaycan və region üçün böyük nailiyyətdir”.

Əvvəl Türkiyəyə, sonra Avropaya

“Şahdəniz-2” çərçivəsində hasil olunacaq qaz Cənubi Qafqaz Boru Kəməri, TANAP və Transadriatik qaz xəttindən (TAP) ibarət “Cənub Qaz Dəhlizi”lə əvvəl Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəql olunacaq.

Layihənin dəyəri 28 milyard dollardır

Təxminən 28 milyard dollara başa gəlmiş “Şahdəniz-2” layihəsinin operatoru 28,8%-lik payla BP şirkətidir. Layihədə Azərbaycan “Cənub Qaz Dəhlizi” şirkətilə SOCAR ümumilikdə 16,7, TPAO 19, Malayziyanın PETRONAS şirkəti 15,5, Rusiyanın “Lukoyl” şirkəti 10, İranın NICO şirkətisə 10% paya sahibdir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az