22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Vaxtilə 30 min insanın yaşadığı Ağdam “ruhlar şəhəri”nə çevrilib - FOTO

 
 



Ouest France, Fransa
04.07.2018


Müəllif: Nikola Montar

Bu yay “l’Édition du soir” nəşri sizi planetin” ruhlar şəhərləri”nin izilə aparacaq. Bugünkü dayanacağımız Azərbaycanın müharibədən çox əziyyət çəkmiş Ağdam rayonudur.

Bu il tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında iştirak etmiş “Qarabağ” futbol klubu əlbəttə ki, möcüzə yarada bilmədi. O, öz qrupunda dördüncü yeri tutdu. Amma qrupda onun çox ciddi rəqibləri var idi: yarışın yarımfinalınadək irəliləyə bilmiş “Roma”, Avropa Liqasının qalibi “Atletiko Madrid” və İngiltərənin “Çelsi” klubu. Sonuncular iki oyunda “Qarabağ”ın qapısından düz 10 top keçirmişdi.

Lakin bunun elə də böyük əhəmiyyəti yoxdur. Bütün bunlar Azərbaycanın Çempionlar Liqasında iştirak edən ilk klubu üçün gözəl idi. Klubun hansı şəhəri təmsil etdiyini bildikdə isə (şəhər artıq mövcud deyil), bu macəra daha müstəsna əhəmiyyət qazanır.

Gəlin, Xəzər dənizilə Qara dəniz arasında 1990-cı illərdə baş vermiş hadisələri yada salaq. Cənubi Qafqazda onilliklərdir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi adlı problem var. Fransanın bir departamenti boyda olan bu muxtar vilayətdə yaşayan ermənilər illər əvvəl müstəqillik tələbilə çıxış edib. Nəticədə Ermənistanla Azərbaycan arasında müharibə başlayıb. Müharibə 30 min insanın həyatına son qoyub. Sonda, Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın nəzarəti altına keçib.

Strateji əhəmiyyətli şəhər

Münaqişə bölgənin mərkəzində yerləşən Ağdam xüsusi faciəvi tale yaşayıb. Dağlarla əhatə olunmuş, binalarının rənginə görə “ağ şəhər” adlandırılan Ağdamın əsası XVIII əsrdə qoyulub. 1828-ci ildə o, şəhər statusu alıb. Daha sonra burada zavodlar, vağzal, dünyada ikinci Çörək muzeyi və s. yaradılıb. Ağdamda təxminən 30 min sakin yaşayırdı...

Münaqişə vaxtı Ağdam strateji şəhər hesab edilirdi. Bu gün o, ermənilərin işğalı altındadır. Raketlər yağış kimi yağırdı... Müharibənin sonunda Ağdamı bufer zona kimi saxlamağa çalışan ermənilər onu yerlə-yeksan edib, ağacları belə, qırıb.

“Qafqazın Xirosiması”

Bu gün Ağdamda zaman keçdikcə daha da köhnələrək yararsız vəziyyətə düşən məscid istisna olmaqla, yalnız dağıntılar qalmaqdadır. “İtirilmiş şəhərlər atlası”nın müəllifi Od de Tokvil yazır: “Boş meydanlarda eroziyaya uğramış heykəllər ucalır. Yabanı bitkilər asfaltı deşib çıxır, paslanmış tanklar küçələrə səpələnib. Sovet dövründən qalma bina və tikililərin ətrafı çöl heyvanları üçün otlağa çevrilib”.

“Lonely Planet” səyahət kitabçasına “Qafqazın Xirosiması” kimi daxil olmuş rayona zaman-zaman bəzi turistlər risk hesabına baş çəkir.

“Qarabağ” futbol klubunun Çempionlar Liqasında iştirakının rəmzi mənası var. Çünki bu klub Ağdam klubunun 1993-cü ildən bəri öz doğma meydanında oynaya bilməyən, paytaxt Bakıda məskunlaşmış varisi, futbolçularsa “ruhlar şəhəri”nin varisidir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ouest France


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az