21.01.2019 06:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Naxçıvan Ermənistanla münaqişədə qaynar nöqtəyə çevrilir - VİDEO

 
 



TRT WORLD, Türkiyə
09.07.2018


Müəllif: Ubey Şəbəndər

Naxçıvan Muxtar Respublikası heç şübhəsiz, gözəl yerdir. Lakin onun bir zamanlar sülhün hökm sürdüyü yamacları, geniş vadiləri son zamanlar Ermənistanla Azərbaycan arasındakı münaqişənin qaynar nöqtəsinə çevrilib. Naxçıvanın kəndlərində döyüşlər başlayıb.

İlham Əliyev (Azərbaycan prezidenti): “Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir”.

Azərbaycan tərəfi bildirir ki, onlar Ermənistan hərbi birləşmələrinin işğal altında saxladığı əraziləri azad etmək üçün xeyli vaxtdır xüsusi əməliyyata hazırlaşırlarmış. Naxçıvan əməliyyatının nəticələri Azərbaycan Ordusuna böyük üstünlüklər verib.

Ubey Şəbəndər (müxbir): “Bu ilin mayında Azərbaycanla Ermənistan arasında döyüş olub. Naxçıvanda indiyədək belə döyüş olmamışdı. 200-dən çox azərbaycanlı xüsusi təyinatlı Ermənistanın hərbi mövqelərini darmadağın edib, vaxtilə Ermənistan ordusunun işğal etdiyi 110 kvadrat kilometrdən çox ərazini geri qaytarıb”.

Hazırda Azərbaycan əsgərləri dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdən erməni hərbi birləşmələrinin mövqelərini müşahidə edə bilir.

Məmməd Həsəni (azərbaycanlı əsgər): “Hazırda bu ərazilər Azərbaycan Ordusunun nəzarəti altındadır. Ərazi Azərbaycan Respublikasına qaytarılıb. Biz bu ərazilərə yerləşmişik və gecə-gündüz müşahidə aparırıq”.

Azad edilmiş kənd uzun müddətdir ki, tərk edilmişdi. Azərbaycanın bu ərazilərə olan iddialarını buradakı məzar daşları da təsdiqləyir. Onlar müharibə dövründəki vəhşilikləri, yaxın keçmişdə baş vermiş döyüş əməliyyatlarını da xatırladır.

Vüsalə Əliyeva (müəllimə): “Ermənistan ordusu məktəbləri, bağçaları, xəstəxanaları, avtobusları atəşə tuturdu. Bu üzdən mülki vətəndaşlar buranı tərk etmişdi. İndi, Naxçıvan sanki yenidən canlanır”.

Müharibəyə hazırlıq isə hər gün davam edir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hazırlığı yüksək səviyyədədir. Onlar müasir hərbi avadanlıqlarla təchiz olunub. Gənc əsgərlər düşməni hər an müşahidə edir.

Bu münaqişənin sülh yolu ilə həllinə ümid o qədər də böyük deyil. Odur ki, tərəflər arasında yeni döyüşlərin baş vermə ehtimalı çoxdur. Amma ən azı hazırda toqquşmaların baş verdiyi bu regionda sakitlik hökm sürür.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT WORLD


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az