17.11.2018 17:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan müstəqilliyinin 100-cü ildönümündə ərəb turistləri öz təbii sehrilə cəlb edir - FOTOREPORTAJ

 
 



Arab24.news, BƏƏ
10.07.2018


Azərbaycan Respublikası ötən ayın sonunda müstəqilliyinin elan edilməsinin və Silahlı qüvvələrinin yaranmasının 100 illiyini təntənəli hərbi paradla qeyd edib. Paytaxt Bakının Azadlıq meydanında və Xəzər dənizi sahilində yerləşən bulvar boyu keçirilən tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, dövlət rəsmilərilə yanaşı, dünyanın 100-dən çox ölkəsindən nümayəndə iştirak edib.

Təntənəli parad çox gözəl təşkil olunmuşdu. O, 100 il əvvəl elan olunmuş respublikanın 1918-ci il iyulun 26-da yaradılmış Silahlı qüvvələrinin şərəfinə keçirilirdi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin Quru, Dəniz və Hava qoşunlarının birlikləri nümayiş olunub.

Bu mərasim Azərbaycanın inkişaf həcmini, eyni zamanda, onun Silahlı qüvvələrinin imkanlarını dünyaya nümayiş etdirib. Paradda hər kəs istər Şərq, istərsə də Qərb ölkələrindən alınmış, həmçinin respublikanın öz hərbi zavodlarında istehsal olunmuş müxtəlif silahlara şahid olub.

Azərbaycan qonşusu Ermənistanla çüharibə şəraitindədir. Tərəflər arasında atəşkəs razılaşması imzalansa da, işğal olunmuş və Azərbaycan ərazisinin beşdə birini təşkil edən Qarabağ regionunda tez-tez atəş səsləri eşidilir. Münaqişənin həllinə dair bir çox beynəlxalq qərarlar qəbul edilsə də, tərəflər Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gələ bilmir.

Bütün bunlarla yanaşı, Şərqlə Qərbin kəsişməsində yerləşən və “Odlar yurdu” adlandırılan Azərbaycan əsrarəngiz təbiətilə də məşhurdur. Yaşıllığa bürünmüş dağlara, geniş ərazilərə malik ölkədə kənd təsərrüfatı, heyvandarlıq məhsulları, neft və təbii qaz boldur. Bu, Azərbaycanın özünü tam təmin etməsinə imkan verir.

Respublikanın xüsusilə qədim Qəbələ rayonunda dağların zirvəsi demək olar ki, il boyu qarla örtülü olur. Qəbələdə turistlər üçün kifayət qədər cəlbedici turizm obyektləri, eləcə də qədim tarixi məscidlər var. Onlar vaxtilə dağıdılsa da, ölkənin Sovet İttifaqından ayrılaraq müstəqil olmasından sonra bərpa edilib. Bu, ölkənin müsəlman kimliyini, qədim mədəniyyətini göstərmək üçün edilib.

Azərbaycanda bir çox xalqın, müxtəlif dinlərin nümayəndələri tolerantlıq, dostluq şəraitində yaşayır. Ölkə əhalisinin təxminən 95%-i müsəlmandır. Qalanları digər səmavi dinlərə etiqad edir. Amma cəmiyyətin bütün təbəqələri sülh və tolerantlıq şəraitində yaşayır.

Qəbələ rayonu ilə yanaşı, qədim tarixi, islam abidələrilə tanınan Naxçıvan regionunu da qeyd etmək lazımdır. Bura həm də elm və mədəniyyət mərkəzidir.

Azərbaycan əhalisinin müəyyən hissəsi Quranın dili olan ərəb dilində danışa bilir. Ümumiyyətlə, Azərbaycan xalqının övladları dil biliklərini hər zaman dərinləşdirir.

Azərbaycan əhalisi ərəb qonaqları hər yerdə xoş qarşılayır.

Paytaxt Bakıya gəlincə, o, böyük sahili, uzunluğu 12 kilometrə çatan bulvarı ilə məşhurdur. Şəhərdə çox sayda park, ailəvi istirahət üçün məkanlar, həmçinin Opera Teatrı, gəzinti üçün qayıqları olan Venesiya şəhərciyi, müxtəlif dəbdəbəli otellər var. Əbədi məşəli olan Şəhidlər Xiyabanı, Cümə məscidi də Bakıda yerləşir. Ümumiyyətlə, Bakının hər yanında, həmçinin ölkə boyu tarixi məkanlara, qədim və yeni məscidlərə rast gəlmək mümkündür.

Paytaxtın görməli yerlərindən biri də mərhum prezident, ölkənin müasir inkişafının banisi Heydər Əliyevin adını daşıyan Mərkəzdir. Burada Azərbaycan dövlətinin tarixi mərhələləri, mədəniyyət nümunələri, xalçalar, musiqi alətləri, avtomobillər nümayiş olunur. Binanın hündürlüyü 47 metrdir.

Azərbaycanda müxtəlif idman yarışlarının keçirilməsi üçün obyektlər, zallar, qış oyunları üçün belə, müasir idman tikililəri var. Ötən illər ərzində bu obyektlərdə İslam Həmrəyliyi Oyunları başda olmaqla, bir sıra beynəlxalq turnirlər təşkil edilib. Bu gün Azərbaycan bir çox ərəb komandası, xüsusilə futbol komandalarının yay təlim-məşq düşərgəsi kimi, münasib məkanlardan sayılır. Çünki uğurlu təlim-məşqin keçilməsi üçün bütün imkanlar var – stadionlar, məşq zalları, ən müxtəlif infrastruktur və s.

Ölkədə təhlükəsizlik və əmin-amanlıq hökm sürür. Ərəb dövlətlərilə dost olan, onlara və vətəndaşlarına hörmət bəsləyən ölkələrdən sayılan Azərbaycan əsrarəngiz təbiəti, qədim mədəniyyəti, zəngin abidələri və müasirliyilə istirahət, rahatlıq və turizm üçün olduqca gözəl məkandır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Arab24.news


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az