21.01.2019 06:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
THY Azərbaycanın “Neftçi” futbol klubunun sponsoru oldu

 
 



Anadolu Ajansı, Türkiyə
10.07.2018


“Türk Hava Yolları” (THY) Azərbaycanın “Neftçi” futbol klubu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Bakı Olimpiya Stadionunda təşkil olunmuş tədbirdə THY Bakı ofisinin rəhbəri Seyfulla İlyas, “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev, futbolçular və mətbuat nümayəndələri iştirak ediblər.

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev əvvəlcə Türkiyə-Azərbaycan əlaqələrindən danışıb, “bir millət iki dövlət” anlayışına əsaslanan bu qardaşlığın əbədi olduğunu bildirib.

Müqavilənin iki dövlət arasında idman sahəsindəki münasibətlərin inkişafına töhfə verəcəyini deyən Quliyev fikrini belə davam etdirib: “Bu layihədən həm biz, həm də “Türk Hava Yolları” faydalanacaq. Türkiyənin 1 nömrəli markası Azərbaycanın 1 nömrəli futbol komandası ilə əməkdaşlıq edir. Bununla fəxr edirik”.

THY Bakı ofisinin rəhbəri Seyfulla İlyas isə şirkət olaraq, iki qardaş ölkə arasındakı sıx münasibətləri hər zaman dəstəklədiklərini söyləyib.

İmzalanan müqavilənin Türkiyə ilə Azərbaycan arasındakı dostluğun bariz nümunəsi olduğunu vurğulayan İlyas deyib: “Azərbaycan “Türk Hava Yolları” üçün sadəcə, təyinat nöqtəsi deyil. Biz ölkəmizə qarşı hiss etdiyimiz məsuliyyətin eynisini qardaş Azərbaycan üçün də hiss edirik. Azərbaycanda idmanın gələcəyinə bütün qəlbimizlə inanırıq”.

1 illik anlaşmaya əsasən, “Neftçi”nin futbolçuları məşqlərə sinəsində “Türk Hava Yolları” loqosunun yer aldığı forma ilə çıxacaq, bütün rəqəmsal kanallar isə THY haqda məlumatları yayımlayacaq. Bundan başqa, THY-nin loqosu reklam banerləri, biletlər və dəvətnamələrin üzərinə də həkk olunacaq.

“Neftçi” klubunun bazası bu 1 ildə “THY Futbol Mərkəzi” adlanacaq.

1937-ci ildə yaradılmış “Neftçi” 1991-ci ilədək SSRİ Futbol Liqasında Azərbaycanı təmsil edib. 1992-ci ildən o, Azərbaycanın öz peşəkar liqasında çıxış edir. Bu dövrdə klub 8 dəfə ölkə çempionu olub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az