16.02.2019 04:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Kremlin ideoloqu: “Qarabağ hüquqi və qanuni baxımdan Azərbaycan ərazisidir”

 
 



ANAJ, İran
11.07.2018


Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin erməni işğalından azad olunmuş Azərbaycan ərazisində verdiyi açıqlamada Azərbaycanın ərazi bütövlüyünün əhəmiyyətini vurğulayıb, bu ölkənin Rusiya-Türkiyə münasibətlərində vacib rolunu qeyd edib.

Moskva-Bakı geosiyasi əlaqələri konfransı çərçivəsində jurnalistlərə müsahibə verən Avrasiya Beynəlxalq Hərəkatının lideri Aleksandr Dugin deyib ki, “Bakı ilə Moskva arasında geosiyasi ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqidir” mövzusunda konfransın 2016-cı ildə Ermənistanın işğalından azad edilmiş Lələtəpə bölgəsində – Cocuq Mərcanlı kəndində keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunun daha bir təsdiqidir.

İki ölkə ekspertlərinin, millət vəkilləri və mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin çox vacib olduğunu deyən qonaq fikrini belə davam etdirib: “Bu mövzuda ilk konfrans 2 il əvvəl Moskvada keçirilmişdi. İkinci konfrans Dağlıq Qarabağın işğaldan azad olmuş ərazisində baş tutdu. Qarabağ hüquqi və qanuni cəhətdən Azərbaycan ərazisidir. Rusiya da Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi tanıyır”.

“Bu, mənim qanuni cəhətdən Azərbaycana məxsus olan Dağlıq Qarabağa ilk səfərimdir. Bu səfər həm də Rusiya ziyalılarının Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini ortaya qoyur. Bu, Ermənistana qarşı atılmış addım deyil. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Bakı Rusiyanın Türkiyə və İranla münasibətlərində vacib rol oynayır. Hazırda Rusiya Suriyada İran və Türkiyə ilə strateji əməkdaşlıq edir və biz bu strateji tərəfdaşlıqda Bakının statusunu diqqətlə nəzərdən keçirmişik”, - deyə Dugin bildirib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az