22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Ekspertlərin Yerevanla Bakının Qarabağ danışıqlarına dair proqnozları

 
 



RİA Novosti, Rusiya
11.07.2018


Ermənistanda bu ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkənin Xarici İşlər Nazirliyinə (XİN) başçılıq edən Zoqrab Mnasakanyan ilk dəfə olaraq azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə Brüsseldə baş tutacaq. Ekspertlər bu görüşdən ciddi irəliləyiş gözləməsə də, ehtimal edirlər ki, nazirlər yüksək səviyyəli görüşə hazırlıqla bağlı müzakirələr aparacaq.

Nazirlərin danışıqları Azərbaycan və Erəmənistan liderləri İlham Əliyev ilə Nikol Paşinyanın iyulun 11-12-də keçirilən NATO sammitində iştirakı fonunda baş tutacaq. Xarici siyasət idarələri başçılarının öz liderlərini Şimali Atlantika Alyansının sammitində müşayiət edəcəkləri gözlənilir. 

Azərbaycan XİN-nin bundan əvvəl yaydığı məlumata görə, Mnasakanyan-Məmmədyarov danışıqları ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şaferin vasitəçiliyilə keçiriləcək. Görüşə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik də qatılacaq.

Görüşün Minsk qrupu həsədrlərinin təşəbbüsü ilə keçiriləcəyini Ermənistan XİN-i də təsdiqləyib.

Tərəflərin gözləntiləri

Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi bəyan edib ki, o, Ermənistanın yeni hökumətinin Qarabağ münaqişəsinin nizamlanmasında konstruktiv mövqe tutacağına ümid edir. “Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli prosesində konstruktiv mövqe tutacaq”, - deyə o, vurğulayıb. Əliyev münaqişənin nizamlanması üçün baza əsasların BMT-nin qətnamələrində əksini tapdığını da xatırladıb: “Bu qətnamələrdə açıq-aydın göstərilib ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır”.

Sensasiya olmayacaq

Bu, Ermənistana yeni xarici işlər nazirinin təyinatından sonra XİN başçılarının ilk görüşü olacaq. Bu üzdən politoloqlar hesab edir ki, görüş daha çox Məmmədyarovla Mnasakanyanın şəxsi tanışlığına həsr olunacaq. “Bu görüşün keçirilməsi zəruri idi, çünki nazirlərdən biri dəyişdikdən sonra sadəcə, tanış olmaq lazım idi”, - deyə Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin işçi qrupunun əlaqələndiricisi Aleksandr Skakov RİA “Novosti”yə bildirib.

“Qarabağ nizamlanmasında hansısa irəliləyiş gözləməyə dəyərmi?” sualına Skakovun cavabı belə olub: “Xeyr, hazırda heç bir ciddi hərəkət baş verə bilməz. Görüşdə Əliyev ilə Paşinyanın gələcək görüşünün şərtləri müzakirə oluna bilər”.

Moskva Dövlət Universtitetinin Postsovet Məkanının Tədqiqi Mərkəzinin baş direktor müavini Aleksandr Karavaev də danışıqların Dağlıq Qarabağ probleminin həllilə bağlı hansısa əhəmiyyətli nəticə verməyəcəyi qənaətindədir.

“Hər iki tərəf qarşılıqlı güzəşt gözləyir. Lakin hələlik onlar güzəştlərdən uzaqdırlar. Bu görüş zamanı hansısa qarşılıqlı güzəştlərin olacağını gözləmirəm. Böyük irəliləyiş gözləməyə dəyməz”, - deyə Karavaev RİA “Novosti”yə bildirib. Politoloq qeyd edib ki, əsas müzakirə mövzusu iki ölkə liderinin görüşünə hazırlıq olacaq: “Mənə elə gəlir ki, onlar Ermənistan hakimiyyətində baş vermiş ciddi fərdi və institusional dəyişiklikləri nəzərə almaqla, liderlərin görüşündə müzakirə ediləcək gündəliyi razılaşdırmağa çalışacaqlar. İndi, bu ölkədə icra hakimiyyətinə mütləq rəhbərlik baş nazirə məxsusdur. Bakı isə hələlik Azərbaycan prezidentinin Ermənistanın prezidenti ilə deyil, baş nazirilə görüşməyə hazır olub-olmadığını açıqlamayıb”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RİA Novosti


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az