22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Prezident Ərdoğandan Azərbaycanda önəmli açıqlamalar! - FOTO

 
 



VATAN, Türkiyə
12.07.2018


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət başçısı kimi and içdikdən sonra ilk xarici səfərə yollandığı Azərbaycanda bu ölkənin rəhbəri İlham Əliyev ilə görüşüb. Görüşdən sonra iki lider mətbuata birgə bəyanatlarla çıxış edib. Türkiyə-Azərbaycan münasibətlərndən danışan Ərdoğan bu gün ölkəsinin müdafiə sənayesi sahəsində də ixracı artırdığını, “bunu qardaş ölkələrlə fərqli şəkildə bölüşmək istədiklərini” söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev təkbətək və geniş tərkibdə aparılan müzakirələrdən sonra birgə mətbuat konfransı keçiriblər.

Ərdoğan bildirib ki, “lazım gələrsə Naxçıvanla dəmir yolu əlaqəsini həll etməklə, əlaqələri daha yüksək səviyyəyə çatdıracağıq və bu, hər iki ölkəyə əlavə güc verəcək”.

Ərdoğanıa Əliyevin təkbətək görüşü Azərbaycan prezidentinin Zağulbadakı iqamətgahında keçirilib. Daha sonra tərəflər müzakirələri nümayəndə heyətlərinin iştirakı ilə davam etdirib.

Ərdoğan Türkiyədə iyunun 24-də keçirilmiş seçkinin ardında, bu günlərdə təşkil olunmuş andiçmə mərasimindən sonra ilk xarici səfərini qardaş, dost Azərbaycana etdiyini vurğulayıb. O, təkbətək və geniş tərkibdəki görüşlərdə bu günədək görülmüş və bundan sonra görüləcək işlərə dair müzakirə apardıqlarını söyləyib. “Azərbaycanla istər enerji, istərsə də müdafiə sənayesi sahəsində atdığımız birgə addımların çox böyük əhəmiyyəti var”, - deyə Ərdoğan bildirib.

“TANAP strateji layihədir”

TANAP layihəsinin həm Türkiyə, həm də Azərbaycan üçün həyatı əhəmiyyət daşıdığını vurğulayan Ərdoğan sözlərinə belə davam edib: “Bu layihə təkcə Azərbaycan-Türkiyə deyil, eyni zamanda, Azərbaycan-Avropa bağlantısını qurmaq baxımından böyük əhəmiyyət kəsb edir. O, bizi ciddi mənada maraqlandırır və bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda, strateji investisiya yatırılması baxımından da əhəmiyyətlidir. TANAP ilə əlaqədar Əskişəhərdə atdığımız addım həqiqətən də həyati bir addımdır. Bütün bunlardan başqa, Azərbaycanın sərmayə sahəsində Türkiyədəki Əliağa layihəsi həqiqətən hər cür təqdirdən daha böyükdür. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik.

Təbii ki, bizim Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik”.

Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsinin durmadan artdığını, yüksək səviyyəli qarşılıqlı səfərlərin daha intensiv xarakter aldığını vurğulayan Ərdoğan hesab edir ki, belə səfərlər qardaşlıq duyğularının nə qədər yüksək səviyyədə olduğunu göstərir. “Bu mənada Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsindəki əlaqələr də əhəmiyyətlidir. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik”.

FETÖ ilə mübarizəyə görə təşəkkür

Fəthullacı Terror Təşkilatı (FETÖ) ilə mübarizəyə də toxunan Ərdoğan bu məsələdə verdiyi dəstəyə görə şəxsi və milləti adından Əliyevə təşəkkür edib. FETÖ-nün Azərbaycanda özünə yer etmək üçün cox çalışdığını söyləyən Ərdoğan deyib: “Bunun üçün hər vasitəyə əl atdılar. Fəqət, istər İlham qardaşımın bu məsələdə həssaslığı, istərsə də bizdə olub, Azərbaycan əleyhinə fəaliyyət göstərənlərə qarşı koordinasiyalı işimiz bir çox məsələnin ardıcıl həll olunmasını təmin etdi. Maarif Vəqfimiz ilə, inşallah, Azərbaycanın Təhsil Nazirliyinin birlikdə həyata keçirəcəyi fəaliyyətlə buradakı boşluğu da aradan qaldırmaq imkanı əldə edəcəyik”.

Ərdoğanın sözlərinə görə, ikitərəfli ticarətdə hədəf mövcud rəqəmi 2-3 dəfə artırmaqdır.

Naxçıvanlılara səhiyyə xidməti

Dağlıq Qarabağ və Naxçıvanla bağlı problemləri aradan qaldırmaq üçün əllərindən gələni etdiklərini, bu işi daim diqqət mərkəzində saxladıqlarını vurğulayan R.T.Ərdoğan deyib: “Naxçıvanla ölkəmiz arasında quru yolu problemi yoxdur. İndi yeni bir addım olaraq, - bu məsələ ilə əlaqədar daha əvvəl də İlham qardaşımla danışmışdıq, - lazım gələrsə dəmir yolu məsələsini də həll etməklə aradakı bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq hər iki ölkəyə əlavə güc verəcək. Həmçinin cənab prezidentlə gündəmə gətirdiyimiz səhiyyə sahəsində, Naxçıvanda yaşayan qardaşlarımızın xüsusilə Türkiyədəki sərhədboyu bölgələrdə tədris-müalicə ocaqlarında, dövlət xəstəxanalarında onlara hər cür rahatlığı öz xalqımıza təmin etdiyimiz kimi şərait yaratmaqla bağlı dəstək verəcəyimizi özünə bildirdim. Bu məsələdə də birliyimizin, həmrəyliyimizin olmasının vacibliyinə inandığımı xüsusilə söylədim”.

Ərdoğan Əliyevin axşam saatlarında NATO sammitində iştirak etmək üçün Brüsselə gedəcəyini, özünunsə bir gün sonra eyni məqsədlə Brüsellə yollanacağını bildirib. O, NATO sammitində də bəzi ortaq problemləri gündəmə gətirərək həll etməyə çalışacaqlarını söyləyib.

Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” anlayışı əsasında  inkişaf etdiyini bir daha vurğulayan dövlət başçısı deyib ki, “əlaqələrimizi bu anlayışa bağlı olaraq bu səviyyəyə çatdırdıq və daha da irəli aparacağıq. Müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: VATAN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az