18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan Qazaxıstanla sıx turizm əlaqələri qurmağa çalışır - VİDEO

 
 



XABAR 24, Qazaxıstan
13.07.2018


Müəlliflər: Şəfəq Əliyeva, Aygün Həsən

Qazaxıstan başqa ölkələrdən olan turistlər üçün nələrilə maraqlıdır? Məsələn, dəniz qonşumuz Azərbaycan ölkəmizlə sıx turizm əlaqələri qurmağa çalışır. Plana dəniz turlarının təşkili, Qazaxıstan şəhərlərinə yeni aviareyslərin açılışı daxildir.

Qazaxıstan və Azərbaycan vətəndaşlarının qarşılıqlı səfərləri artmaqdadır. Statistikaya görə, ötən il Qazaxıstandan bu ölkəyə 36 min nəfər, bu ilin ilk 5 ayında isə 13 min nəfər səfər edib. Azərbaycandan Qazaxıstana gələnlərin sayında da artım var. Lakin bu istiqamətdə həyata keçirilən səfərlərin çoxu işğüzar xarakterlidir.

Kənan Quluzadə (Dövlət Turizm Agentliyinin təmsilçisi): “Müşahidələrimizə görə, Qazaxıstan vətəndaşları ölkəmizə daha çox Novruz bayramı günlərində, festival və böyük idman tədbirləri zamanı gəlir. Qazaxıstana səfər edən azərbaycanlıların da sayı çoxalıb. Bu, əsasən işğuzar səfərlərdir. Azərbaycanlılar daha çox Aktau, Almatı, Astana şəhərlərinə gedir. Amma turizmin inkişafı üçün vacib sayılan mədəni, iqtisadi və siyasi əlaqələrin yüksək səviyyəsini, həmçinin hər iki ölkədəki sabitliyi nəzərə alsaq, bu vəziyyət tərəfləri qane edə bilməz.

Bu səbəbdən Azərbaycanın Dövlət Turizm Agentliyi nəqliyyatın bütün növlərindən istifadə etməklə turist axını və transfer üsullarını artırmağı planlaşdırır. Dəniz marşrutlarının təşkili və Böyük İpək Yolunun potensialından istifadə də bu planlar arasındadır.

Turist firmalarında deyirlər ki, azərbaycanlılar Qazaxıstanın əsasən böyük şəhərlərinə üz tutur.

Müzəffər Ağakərimov (Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri): “Qazaxıstanda çox gözəl məkanlar, şəhərlər var. Almatı onlardan biridir. Astana isə 21-ci əsrin şəhəridir. Qazaxıstanda böyük beynəlxalq tədbirlər keçirilir. Məsələn EKSPO-2017 və turistlər üçün maraqlı olan bir çox digər tədbirlər. Qazaxıstana mədəni və qış turizmi təklif edirik. Bütövlükdə Qazaxıstan gündən-günə inkişaf edir və onun şəhərləri gözəlləşir. Bu isə əlbəttə ki, turizmin inkişafını stimullaşdırır”.

Kiçik bir sorğu göstərib ki, Azərbaycan vətəndaşlarını Qazaxıstanda daha çox özünəməxsus türk mədəniyyəti cəlb edir. Bir çoxları həm gənc, həm də qədim şəhərlərə getməklə, bu ölkənin görməli yerlərinə baş çəkmək istəyir.

Rizvan Kərimov (Bakı sakini): “Uşaqlıqdan Mərkəzi Asiyaya, o cümlədən Qazaxıstana getməyi arzulayıram. Hələlik belə imkanım olmayıb. Məni daha çox oranın özünəməx mədəniyyəti, milli geyimi, mətbəxi maraqlandırır”.

Nuranə İmanova (Bakı sakini): “Orada olan dəiz turizmi, çimərliklər mənim üçün çox maraqlıdır. Düşünürəm ki, istirahət üçün ora getməyə dəyər”.

Babək Nağıyev (Bakı sakini): “Qazaxıstanda olmaışam. Almatıda, Astanada olmaq istərdim. Mənə əsasən oranın qədim mədəniyyəti maraqlıdır”.

Ekspertlər bildirir ki, iki ölkə arasında turist marşrutlarının inkişafı üçün bütün imkanlar var. Artıq loukosterlərlə həyata keçiriləcək yeni aviareyslərin açılması üçün danışıqlar aparılır. Bununla yanaşı, Azərbaycandan turist səfərlərini təşviq etmək üçün Qazaxıstandakı qədim abidələr, görməli yerlər və istirahət zonaları haqda daha çox məluat yaymaq lazımdır. Ekspertlər həmçinin hesab edir ki, qarşılıqlı turlar üçün qiymətlərin digər ölkələrlə müqayisədə daha münasib olması turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün vacib amil sayıla bilər.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: XABAR 24


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az