18.04.2019 22:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Alma kababı və çay... Azərbaycan təbiəti qoynunda kempinq gözəlliyi - FOTOREPORTAJ

 
 



CNN, BƏƏ
16.07.2018


Azərbaycan təbiətini özünə bir neçə gecəlik sığınacaq seçə bilərsənsə, onu kəşf etmək üçün yalnız bir neçə saatlıq gəzintilə niyə kifayətlənəsən? Şəhərlərin “buxov”larından uzaqlaşmaq, ana təbiətin qoynuna sığınmaq istəyənlər üçün Quba rayonunda çox gözəl imkanlar var.

Azərbaycan rəngarəng təbiətə malikdir. Burada turistlərin zövq almasına imkan verən geniş imkanlar var. Onlardan biri də kempinqdir.

Azərbaycanın yaşıl meşələrində, məsələn Quba rayonundakı Əmsar meşəsində çadırını qurmaqla, Azərbaycansayağı kempinq həyatı təcrübəsini yaşaya bilərsən. Tutqun havada İspik meşəsində dumanlar arasında gəzişmək də olar. Alpan gölü sahillərində əyləşib balıq tutmaqla, payız fəslini qarşılamağa hazırlaşan və qızıla çalan yaşıl rəngdən zövq almaq da mümkündür.

Quba rayonu almaları ilə məşhurdur. Burada düşərgədəki ocağın üzərində bişirilmiş alma kababından yemək fürsətin də olacaq.

Azərbaycan meşələrində xüsusulə baharda müxtəlif növ yeməli göbələk bol olur. Əgər bişirilmiş alma ideyası sənə qəribə gəlirsə, onu bişirilmiş göbələklə əvəzləmək olar.

Kempinq zamanı soyuq hiss etsən, azərbaycanlıların heç zaman doymadığı isti çaydan içə, ocaqda qızına bilərsən.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az