18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Transfer: Delarj rəsmən “Qarabağ”da!

 
 



ADIAC-CONGO, Konqo
26.07.2018


Müəllif: Kamil Dölurm

Con Delarjın Azərbaycanın “Qarabağ” Futbol Klubuna gözlənilən transferi nəhayət, rəsmiləşib. O, Azərbaycanın beşqat çempionu ilə 2 illik (+1 il) müqavilə imzalayıb.

“Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sabah Albaniyada “Kukesi” ilə qarşılaşacaq (yazı oyundan əvvəl yazılıb - WM). Lakin Con Delarj hələ Azərbaycana getmək üçün viza gözlədiyindən, bu matçı İstanbuldan izləyəcək.

“Bursaspor”un keçmiş futbolçusu elə İstanbuldaca tibbi müayinədən də keçib. Konqo millisinin bursalıların istəmədiyi (komandadan Kempo Ekoko da daxil olmaqla, 15 futbolçunun göndəriləcəyi gözlənilir) üzvünün transferi 2 klub arasında əvvəldən razılışdırılmışdı. İxtisaslaşmış Transfertmarkt.de saytı futbolçunu 170 min avro dəyərində qiymətləndirir.

“Osmanlıspor”da da forma geymiş Delarj Azərbaycan klubu ilə əməkhaqqını da razılaşdırıb. O, UEFA-da qeydiyyatdan keçmək üçün keçmiş komandasının razılığı ilə, yeni klubu ilə icarə müqaviləsi imzalayıb. İndi, onun əsas məqsədi “Qarabağ”ın “Kukesi” ilə avqustun 1-də keçirəcəyi cavab qarşılaşmasına çıxmaqdır.

“Qarabağ”ın hədəfi tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ötən mövsüm onun turnirdə iştirakı çox çətin alınmışdı. “C” qrupunda “Roma”, “Çelsi” və “Atletiko Madrid”lə mübarizə aparan “Qarabağ” 4-cü yeri tutmuşdu.

Bu il isə gediləcək yol hələ uzundur. “Qarabağ” Albaniya çempionu ilə mübarizədə uğur qazanarsa, üçüncü təsnifat mərhələsində “BATE” - “HJK” cütünün qalibilə qarşılaşacaq. Daha sonra onu daha çətin mərhələ gözləyir. Bu mərhələdə mübarizəyə Belçika, Fransa, Hollandiya, İsveçrə və Türkiyə klubları qoşulacaq.

2013-cü ildə Avropa Liqasının ilkin təsnifat mərhələsində “Slovan Libereç” klubunun heyətində “Udineze”yə 2 qol vurmuş futbolçu Azərbaycan klubu üçün faydalı ola bilər. O, Avropa turnirlərdə 33 matça çıxıb. Konkret olaraq Çempionlar Liqasında isə 28 yaşlı hücumçu 12 dəqiqə oynayıb. Bu, 2012-ci ilin iyulunda “Slovan Libereç”in Qazaxıstanın “Karakanda” klubu ilə qarşılaşmasında baş verib. Delarjin forma geymədiyi üçüncü mərhələdə Libereç klubu mübarizəni dayandırmışdı.

Bir sözlə, bu, Delarj üçün yeni macəranın başlanğıcı, meydana çıxdığı 86 matçda (56 oyun “Osmanlıspor”da, 30 oyun “Bursaspor”da) 8 qol vurduğu və 9 dəqiq ötürmə etdiyi Türkiyə dönəminin sonudur.

(Fransız dilinən tərcümə - WorldMedia.Az)

Mənbə: ADIAC-CONGO


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az