21.01.2019 06:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Çempionlar Liqası: Donald Qerye final mərhələsinə yaxınlaşır!

 
 



Le National, Haiti
03.08.2018


Müəllif: Kenson Dezi

Donald Qeryenin də çıxış etdiyi Azərbaycanın “Qarabağ” klubu cavab Çempionlar Liqasının ikinci təsnifat mərhələsində rəqibi “Kukesi”ni 3:0 hesabı ilə məğlub edərək, mübarizədən kənarlaşdırıb. Beləliklə, Donaldı və komanda yoldaşlarını turnirin qrup mərhələsindən cəmi 2 oyun ayırır.

“Qarabağ” klubu yavaş-yavaş Çempionlar Liqasının qrup mərhələsinə doğru irəliləyir. Azərbaycanın son çempionu ikinci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb. İlk matçda “Qarabağ” səfərdə 0:0 hesablı heç-heçəyə nail olmuşdu. Donald Qeryenin də meydana çıxdığı və rahat keçən cavab qarşılaşmasında “Qarabağ” doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib.

Meydan sahibləri hesabı 24-çü dəqiqədə Dani Kintananın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla açıblar. Birinci hissə 1:0 hesabı ilə Donaldın komandasının qələbəsilə başa çatıb. İkinci hissədə Dani Kintana yenə də penaltidən fərqlənərək komandasını üstünlüyünü 2 topa çatdırıb. Bu hesab “Qarabağ”ın növbəti mərhələyə yüksəlməsini təmin edirdi. Lakin Con Delarj matçın əsas vaxtının bitməsinə 1 dəqiqə qalmış hesabı 3:0 edərək bütün suallara aydınlıq gətirib.

İndi qrup mərhələsindəki 6 yer uğrunda 12 klub mübarizə aparır. Donaldlı “Qarabağ” növbəti mərhələdə Belarusun “BATE Borisov” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 7-də “Qarabağ”ın meydanında keçiriləcək. Komanda uğur qazanarsa, Donald Qerye son 2 ildə ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək imkanı qazanacaq. Bu, Haiti çempionatından çıxmış futbolçu üçün görünməmiş müvəffəqiyyət olacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le National


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az