18.03.2019 19:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Merkelin Azərbaycan səfəri - VİDEO

 
 



Ulusal Kanal, Türkiyə
27.08.2018


Almaniya kansleri Angela Merkel 3 ölkəni əhatə edən Cənubi Qafqaz səfərinin son günündə Azərbaycanın paytaxtı Bakıya gəlib. Burada o, Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb.

Əliyev Merkelin ölksinə gəlişini “tarixi səfər” adlandırıb. Merkel isə prezidentlə görüşdən sonra verdiyi açıqlamada “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istədiklərini” deyib.

Əliyev bu səfərin Almaniya-Azərbaycan münasibətlərinin inkaşifını sürətləndirəcəyindən əminliyini ifadə edib. Merkelə regional təhlükəsizlik məsələləri, xüsusilə Dağlıq Qarabağ probləmilə bağlı məlumat verdiyini qeyd edən Əliyev deyib: “Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın düşüb”.

Merkel isə səfərinin iki ölkə münasibətlərinin müzakirəsi üçün yaxşı imkan olduğunu bildirib. 100-cü ildönümünü qeyd edən Azərbaycanın ənənələrə sahib ölkə olduğunu vurğulayan Merkel deyib: “Azərbaycan Almaniyanın bu regiondakı ən böyük, ən vacib ticarət tərəfdaşıdır. Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə ciddi töhfə verməyə hazırdır”.

Dağlıq Qarabağ münaqişəsinin həllini arzuladıqlarını dilə gətirən kansler, ümumiyyətlə, regiondakı bütün problemlərin sülh yolu həllində maraqı olduqlarını söyləyib.

Daha sonra Əliyev ilə Merkel azərbaycanlı və alman iş adamları ilə görüşüblər. Bu görüşün ardından Merkel Azərbaycandan ayrılıb.

 

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ulusal Kanal


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az