21.01.2019 06:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Piti – Azərbaycanın ləzzətli təamı - VİDEO

 
 



Euronews, Aİ
28.08.2018


Müəllif: Serxio Kantone

Piti Azərbaycanın Şəki şəhərinin ənənəvi və ləzzətli yeməyidir. O, qoyun əti, noxud, şabalıd və ətin yağlı hissəsi olan quyruqdan hazırlanır. Piti saxsı qabda bişirilir.

Ümumiyyətlə, qoyun əti Azərbaycan mətbəxinə daxil olan bir çox yeməyin əsasını təşkil edir. Onu müxtəlif üsullarla bişirmək mümkündür. Azərbaycanın hər bir rayonunun və ya regionunun qoyun ətinin hazırlanması ilə bağlı özünəməxsus resepti var.

Serxio Kantone (Euronews): “Piti Azərbaycanın qədim İpək Yolunun üzərində yerləşən Şəki rayonunun ənənəvi yeməyidir. Onun hazırlanmasında qoyun əti, zəfəran və yerli ədviyyatlardan istifadə edilir”.

Pitinin masaya gətirilməsindən sonra belə, görüləcək işlər var. Onu yeyərkən ilk növbədə bulyonu boşqaba boşaltmaq lazımdır. Daha sonra onun üzərinə sumaq əlavə edilir.

Zamir Salahov (“Cənnət Bağı” restoranının sahibi): “Piti Şəkinin qədim yeməklərindəndir. Onu yerli kəndlilər yaradıb. Bu gün pitini hər kəs sevir”.

Sonda, bu ləzzətli yeməkdən zövq almaq üçün onun saxsı qabda qalan hissəsi əzilir və boşqabda qalmış bulyona qatılır.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az