18.03.2019 19:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Vild-Donald Qeryenin “Qarabağ”ı üçün çətin püşk

 
 



Le Nouvelliste, Haiti
03.09.2018


Müəllif: Legüpeterson Aleksandr

UEFA Avropa Liqasının 48-ci mövsümünün avqustun 31-də Monakonun (Fransa) “Forum Grimaldi” mərkəzində baş tutmuş püşkatma mərasimi Haiti millisinin üzvünün də forma geydiyi “Qarabağ” klubu üçün xoş sayıla bilməz. “E” qrupunda İngiltərənin “Arsenal” klubu ilə mübarizə aparacaq Azərbaycanın “Qarabağ” komandası üçün turnirin ikinci mərhələsinə yüksəlmək çətin olacaq.

Azərbaycanın “Qarabağ” futbol klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin adı məlum olub. Haiti millisinin üzvü Vild-Donal Qeryenin komandası çətin “E” qrupunda İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Voskla Poltava” klubları ilə mübarizə aparacaq.

“Qarabağ”ın rəqiblərini tanıyaq

Bu il Çempionlar Liqasından kənar qalmış “Arsenal” (aktivində 50 titul, o cümlədən 13 Premyer Liqa, 13 FA Cup, 15 “Community shield” və 1 UEFA Kuboku çempionluğu var) bu püşkatmada ən qorxulu rəqiblərdən sayılırdı. Arsen Vengerin gedişindən sonra sabiq “PSJ”li Unay Emerinin çalışdırdığı “Topçular” ötən il bu turnirin yarımfinalınadək irəliləmişdi. Bu mərhələdə sonda turnirin qalibi olmuş “Atletiko Madrid”ə məğlub olmuşdular.

Bu il londonlular “Sevilya” klubu ilə bu turniri 3 dəfə qazanmış Emerinin təcrübəsinə arxalana bilər.

Portuqaliya çempionatında “meydan sulayan” üç nəhəng arasında “Sportinq”in də adını çəkə bilərik. Aktivində ümumilikdə, 49 kubok olan bu komanda 18 dəfə Super Liqanın, 20 dəfə Portuqaliya Kubokunun, 9 dəfə Portuqaliya Super Kubokunun, 1 dəfə isə UEFA Kubokunun qalibi olub. Ötən il o, milli çempionatda 78 xal toplayaraq “Portu” ilə “Benfika”nın ardından 3-cü olub.

Yalnız ötən il Ukrayna kubokunu qazanmış “Vorskla” isə çətin “E” qrupunun kiçik fiqurudur. Premyer Liqa adlanan Ukrayna çempionatında 7 turdan sonra 9 xal toplamış komanda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

“Qarabağ” Avropada zəif təsir bağışlayır

2013-cü ildən 2018-ci ilədək ardıcıl 5 dəfə, ümumilikdə isə 6 dəfə Azərbaycan çempionu olmuş “Qarabağ” yerli çempionatda “at oyatsa” da, avrokuboklarda vəziyyət fərqlidir. Tarixinin ən böyük beynəlxalq uğuruna ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla imza atmış “Qarabağ” orda “Çelsi” (İngiltərə), “Atletiko Madrid” (İspaniya) və “Roma” (İtaliya) kimi Avropa nəhəngləri ilə mübarizədə yalnız sonuncu yeri tuta bilmişdi.

“Qarabağ”ın transferləri

Avropanın ən ali klub turnirindən “Bate Borisov”a məğlub olaraq kənarlaşmış “Qarabağ” pley-off mərhələsində Moldovanın “Şerif” komandasına qalib gəlməklə (0:1 və 3:0), Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Onların arzusu bu dəfə daha yaxşı nəticə əldə etməkdir. Bu mərhələyə vəsiqə qazanmaq üçün klubun nümunəvi baş məşqçisi, 2018-ci ilin yanvarından Azərbaycan milli komandasına da rəhbərlik edən Qurban Qurbanov heyəti gücləndirib.

Klub rəhbərliyi braziliyalı qapıçı Vaqner da Silvanın, həmçinin xorvatiyalı Filip Ozobiçin (27 yaş), Fransanın “Lans” klubunda forma geyən Abdellah Zubirin (26 yaş) və 2 təcrübəli hücumçu – Con Delarj (28 yaş, Konqo Demokratik Respublikası) və isveçrəli İnnosent Emeqaranın (29 yaş) transferinə 170 min avro xərcləyib. Bundan başqa, onlar Rövlan Muradov (20 yaş), Rahil Məmmədov (22 yaş), İsmayıl İbrahimli (20 yaş) və Hacıağa Hacılı (20 yaş) kimi gənc yerli futbolçuları da heyətə cəlb ediblər.

“Qarabağ”ın oyunlarının təqvimi

Donald Qeryenin komandası növbəti mərhələyə yüksəlmək üçün qrupda 6 oyun keçirməlidir. Açılış turunda onlar Lissabonda “Sportinq”lə qarşılaşacaqlar. Oktyabrın 4-də isə “Qarabağ” öz meydanında İngiltərə nəhəngi “Arsenal”ı sınağa çəkəcək. “Qarabağ”ın növbəti oyunu oktyabrın 25-də yenə də öz meydanında, bu dəfə “Vorskla” ilədir. Noyabrın 8-də isə onlar səfərdə Ukrayna klubunun qonağı olacaq. Daha sonra Vild-Donald Qeryenin komandasını iki əhəmiyyətli oyun gözləyir. Noyabrın 29-da “Qarabağ” “Sportinq”i qəbul edəcək, dekabrın 13-də isə İngiltərədə “Arsenal”la qarşılaşacaq.

Bunu bilirdinizmi?

“Qarabağ”ın yeni transferləri arasında 2018-ci ildə Rusiyada keçirilmiş Dünya Çempionatında Lionel Messinin penalti zərbəsini qaytarmış islandiyalı qapıçı Hannes Haldorson (34 yaş) da var.

2018/2019 mövsümündə Avropa Liqasının final oyunu məhz gələn il mayın 29-da Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Görəsən “E” qrupunda yer alan “Qarabağ” bu mərhələni adlayaraq turnirin finalında mübarizə aparmağa ümid edirmi?

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Nouvelliste


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az