26.06.2019 10:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Avropa Liqasının püşkü: Delarj və “Qarabağ” çətin “E” qrupunda

 
 



ADIAC-CONGO, Konqo
05.09.2018


Müəllif: Kamil Dölurm

UEFA Avropa Liqasının 2019-cu il mövsümünün püşkü Con Delarjlı “Qarabağ” üçün heç də ürəkaçan olmayıb. “E” qrupunda mübarizə aparacaq Azərbaycan çempionunun bəxtinə İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla Poltava” klubları düşüb.

Azərbaycan klubu turnirə sentyabrın 20-də Lissabon səfərilə başlayacaq. Doğrudur, “Sportinq” son dövrlərdə üzləşmədiyi dərin böhrandan çıxıb. Lakin klubun əsas heyətinin bir neçə üzvü (Rui Patrisiom, Vilyam Karvalyo və Gelson Martins) azarkeşlərlə münaqişə üzündən komandadan ayrılıb. Bu il Portuqaliya təmsilçisi heyətindəki Nani, Jeremi Matyö və hollandiyalı hücumçusu Bas Dost (2016-cı ildə kluba gəldikdən sonra 71 matçda 66 qol vurub) kimi futbolçuların təcrübəsinə arxalana bilər.

“Sportinq” milli çempionatda arxada qalmış 3 turdan sonra 3-cü pillədə qərarlaşıb. Onun “Qarabağ”la cavab qarşılaşması noyabrın 29-da keçiriləcək.

Daha sonra “Qarabağ” oktyabrın 4-də “Arsenal”ı qəbul edəcək. Əfsanəvi Arsen Vengerin gedişindən və Unay Emerinin komandanın sükanı arxasına keçməsindən sonra londonlular mövsümə uğursuz başlayıb. Komanda Premyer Liqada 3 turda cəmi 3 xal toplayıb. Bununla belə, Obameyanq, Lakazet, Özil, Mxitaryan və Çex kimi oyunçuları olan komandanın mübarizəni qrup mərhələsində dayandıracağı inandırıcı görünmür. Bununla yanaşı, Delarj və komanda yoldaşları növbəti mərhələyə yüksəlmək şansını dekabrın 13-də Londonun “Emireyts” stadionunda keçiriləcək matça saxlamamaq üçün, ilk növbədə, “Arsenal”dan öz meydanında xal almağa çalışmalıdırlar.

Qalır qrupun sirli komandası “Vorskla Poltava”. Ukraynalılar 2018-ci ildə milli çempionatda üçüncü olmaqla, avrokuboklara vəsiqə qazanıb. Tarixində Avropa səviyyəli turnirlərdə ikinci dəfə çıxış edəcək komandanın heyəti demək olar ki, yerli futbolçulardan təşkil olunub.

“Vorskla” ilə qarşılaşmalar (oktyabrın 25-də Bakıda və noyabrın 8-də Poltavada) “Qarabağ” üçün həlledici də ola bilər. Ukraynalıları aşağılamaq istəmirik, amma Con Delarjın komandası bu rəqiblə qarşılaşmalarda mümkün olan bütün xalları qazanmasa, bu, yarışdan çıxa bilər.

Con Delarj : “Doğrudur, püşkün nəticəsi çətin oldu. Biz qrupun autsayderi hesab olunuruq. Amma bu, mənə “Osmanlıspor”un formasını geydiyim dövrü xatırladır. O zaman “Villareal”, “Styaua” və “Sürix”lə eyni qrupa düşmüşdük. Buna baxmayaraq, böyük sürpriz edərək, qrup birincisi olmağı bacarmışdıq. Bəli, əvvəldən heç nə demək olmaz. Şansımızdan maksimum istifadə etməliyik. Mən autsayder mövqeyini sevirəm”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ADIAC-CONGO


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az