26.06.2019 10:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Xəzərin mirvarisi – Bakı - FOTOREPORTAJ

 
 



Los Angeles Times, ABŞ
11.09.2018


Müəllif: Alexandro Masiel

Azərbaycana getmək şansımın yarandığını eşitdikdə, ilk işim bu ölkənin adını düzgün yazmağı və tələffüz etməyi öyrənmək oldu. Azərbaycan haqda məlumatım çox az idi. Yalnız onu bilirdim ki, keçmiş Sovet İttifaqının bir hissəsi olmuş bu respublika dünyanın o biri başındadır və çoxlu nefti var...

Azərbaycanın paytaxtı – Xəzərin sahilində yerləşən Bakıya uçacaq təyyarəyə mindim. Bakını cəmi bir neçə şəkildə görmüşdüm. Odur ki, şəhərin görünüşü haqda ətraflı təsəvvürüm yox idi. Bakıya enər-enməz, hava limanı məni təəccübləndirdi.

Humanitar foruma dəvət olunmuşdum. Təşkilatçılar məni hava limanında qarşılayaraq mehmanxanaya aparacaq nəqliyyatı da təşkil etmişdilər. Aeroportdan şəhərədək olan yol məni heyrətləndirdi. Geniş küçələr, ağaclar, bağlar, müxtəlif tarixi dövrlərin memarlıq nümunələrinin harmoniyası... Bir yanda tipik sovet dövrü tikililəri, digər tərəfdə XIX əsrə aid gözəl binalar...

Paytaxtdın bəzi tikililəri xüsusilə seçilir. Məsələn Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” 86,6 min kvadrat kilometrdə yaşayan bu 10 milyonluq xalqın iqtisadi inkişafının nümunələridir.

Bakıdakı səliqə-səhman, təmizlik və hər tərəfdə müşahidə olunan tikinti məni sözün əsl mənasında təəccübləndirdi. Açığı düşündüm ki, ev sahibləri Bakıdan yaxşı təədüratla ayrılmamız üçün bizi şəhərin ən gözəl yerlərilə aparır. Bu üzdən, insan haqları mövzusunda möhtəşəm konqres mərkəzində keçirilən konfransın gedişində şəhəri gəzmək, onun kənar məhəllərinə getmək, adi insanları görmək, onların həyatı, bazarı, məktəbdən gələn uşaqları, sadəcə, əylənən insanları görmək qərarına gəldim. Beləliklə, şəhəri demək olar ki, məhəllə-məhəllə gəzməyə başladım. Bazarlar getdim, paytaxtın ayrı-ayrı rayonlarında oldum. Küçələrdə çox sayda “Mercedes Benz”, “BMW”, “Audi”, həmçinin Amerika və Yaponiya istehsalı olan avtomobil gördüm. Burada Rusiya istehsalı olan “Lada”lar da var... Təhsil müəssisələrindən çıxıb metroya üz tutan gəncləri müşahidə etdim və anladım ki, təşkilatçılar məni sadəcə, “gözəl rayonlar”a aparmayıbmış. Bu şəhər həqiqətən də böyük inkşaf yaşayır, getdikcə daha müasir şəhərə çevrilir.

Bu gözəl şəhərdə Avropa ruhu duyulur. Gözəl meydanları olan paytaxtda küçədəcə qəhvə içmək, milli mətbəxin təamlarını dadmaq mümkündür. Xəzərin sahilində isə heykəltaraşlıq nümunələri, bağları və hər növ restoranları ilə zəngin bulvar yerləşir. Bakıda gəzməklə, buraya müxtəlif mədəniyyətlərin təsirini hiss etmək mümkündür. Hər halda, bura 2000 ildir ki, müxtəlif sivilizasiyaların görüş nöqtəsidir. Çinlilər, osmanlılar, yunanlar, farslar, ruslar və yəhudilər tarix boyu buralardan gəlib keçib və hələ bu, tam siyahı deyil. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyir ki, bu dözümlülükdən çox qarşılıqlı hörmətdir: “Başqalarının inancına, ənənələrinə hörmətlə yanaşmaq bizim sülh və əmin-amanlıq şəraitində yaşamağımıza kömək edir”.

Bakı insanda çox dərin, adamı onun üçün darıxmağa vadar edəcək təəsürat yaradır. Bir sözlə, bura kəşf olunmalı məkan, Xəzərin mirvarisidir. Bunu unutmayın.

Bakının qədim mərkəzi demək olar ki, tamamilə salamat qalır. Qala divarları ilə əhatə olunmuş bu əraziyə qədim şəhər deyirlər. Onun divar və qalaları hələ də salamatdır. Bu qala divarları 1806-cı ildə Rusiya işğalından sonra daha da möhkəmləndirilib. Şəhərin bu hissəsi həqiqətən də çox gözəldir. Onun dar küçələri sanki labirintdir. İnsan burada aza bilər. Qədim şəhərdə gözəl sənətkarlıq nümunələri, ağacdan hazırlanmış suvenirlər, yun xalçalar, saxsı qablar ala bilərsiniz. Qədim şəhərin ən maraqlı tikililərisə Şirvanşahlar sarayı, Qız qalası, hamamları və Cümə məscididir.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Los Angeles Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az