18.03.2019 19:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Bakıda ADEX-2018 Beynəlxalq Müdafiə sərgisi keçirilib - FOTOREPORTAJ

 
 



ANAJ, İran
28.09.2018


İran İslam Respublikası bu il ilk dəfə olaraq Beynəlxalq Müdafiə sərgisində iştirak edib. Bakıda təşkil olunmuş sərgidə ölkəsinin müdafiə imkanları üç pavilionda nümayiş olunub.

29 ölkənin, o cümlədən İran İslam Respublikasının qatıldığı III Beynəlxalq Müdafiə sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Sərgi Bakı Sərgi Mərkəzində təşkil edilib.

Prezident İlham Əliyev sərginin ilk günündə müxtəlif pavilionlara, o cümlədən İran pavilionlarına baş çəkib, İranın müdafiə imkanları ilə tanış olub.

Sərgidə müxtəlif ölkələrdən 224 şirkət öz məhsullarını, cümlədən dəniz, hava və quruya aid hərbi texnikalarını nümayiş etdirib. 3 gün davam etmiş sərgidə İran ilk dəfə iştirak edib. O, müdafiə imkanlarını üç pavilionda nümayiş sərgiləyib.

ADEX-2018 Azərbaycan Beynəlxalq Müdafiə sərgisində Türkiyə, Rusiya, İsrail və Belarus ən geniş səviyyədə iştirak edən ölkələrdir. Ona Çin, Fransa, Pakistan, Serbiya, Ukrayna kimi ölkələr də qatılıb. Tədbirə qatılmış şirkətlərin sayı baxımından, ilk 4 sırada Rusiya (25 şirkət), Türkiyə (14), İsrail (14) və Belarus (10) gəlir.

İştirakçı ölkələrin coğrafiyasına gəlincə, bu il o, Estoniya, Hindistan və Qazaxstanın hesabına daha da genişlənib. Ümumilikdə, sərgidə iştirak edən və baş çəkən şirkətlər dünyanın 44 ölkəsini əhatə edir. Sərginin pavilionlarında ən müasir silahlarla tanış olmaq mümkündür.

İran müdafiə nazirinin sənaye və tədqiqat üzrə müavini Rza Müzəffəri-niya sərgi haqda bunları deyib: “İran burada hava, dəniz və elektro-telekommunikasiya məhsulları, PUA, təyyarə mühərrikləri, elektro-optik sistemlər, elektronika və telekommunikasiya sənayesi, elektro-optik sistemiləri sahəsində, eləcədə dəniz sahəsində müxtəlif təyinatlı hərbi qayıqları nümayiş etdirir. Amma quru, dəniz, hava, zirehli texnikalar, xüsusilə hava hücumundan müdafiə sahəsində imkanlarımız daha genişdir”.

O növbəti illərdə bu imkanları Azərbaycanda və ya digər regional sərgilərdə nümayiş etdirəcəklərinə ümidvar olduğunu bildirib.

“Sərginin keçirildiyi müddətdə Azərbaycanın Müdafiə və Müdafiə Sənayesi nazirlikləri rəhbərliyilə görüşərək, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair danışıqlar aparmaq imkanım da yaranıb”, - deyə nazir müavini qeyd edib: “Müdafiə nazirimizin Azərbaycana ötən il etdiyi səfər zamanı tərəflər arasında anlaşma memorandumu hazırlanıb və ona əsasən Müştərək Komissiyanın formalaşması qərara alınıb. Ümid edirəm ki, bu komissiya çərçivəsində tərəflərin müdafiə sahəsində əlaqələri daha da möhkəmlənəcək”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az