20.10.2018 20:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Düşənbə - Bakı ilə Ankaranın Qarabağ planının ilk dayanacağı

 
 



ANAJ, İran
04.10.2018


Stanislav Tarasov hesab edir ki, Bakı ilə Ankara Dağlıq Qarabağ münaqişəsinin həlli üçün kompleks strateji plan üzərində işləyir və bu proses Tacikistan paytaxtı Düşənbədən başlayıb.

Ötən həftə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin sammiti çərçivəsində bir araya gəliblər. Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda tərəflər təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi, eləcə də problemə son qoyulması üçün danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Bəs Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlərinin keçirilməsilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulacaqmı? 30 ilə yaxındır davam edən problem həllini tapacaqmı?

İstər Bakı, istərsə də Yerevan münaqişə ilə bağlı mövqeyində qaldığını bildirir. Nikol Paşinyan Azərbaycan prezidenti ilə görüşdən bir müddət əvvəl BMT Baş Assambleyasının toplantısındakı çıxışında Qarabağ bölgəsinin Azərbaycanın tərkibinə qaytarılmasının qeyri-mümkünlüyünü demişdi. Azərbaycan XİN-i isə bu çıxışı tənqid etmiş, bunu BMT-nin qərarlarına hörmətsizlik, münaqişənin sülh yolu ilə həlli prosesinə zidd bəyanat kimi qiymətləndirmişdi.

Yerevana yaxınlığı ilə tanınan rusiyalı siyasi ekspert Stanislav Tarasov hesab edir ki, tərəflər arasında qoşunların təmas xəttindən uzaqlaşdırılması, atəşkəs rejiminin qorunması ilə bağlı əldə olunmuş şərti razılıq son bir neçə ildə baş verən nadir hadisələrdəndir. “Bu, böhranın həlli prosesində yeni fəslin başlaya biləcəyindən xəbər verir”, - deyə o, bildirib.

Bununla yanaşı, Tarasov hesab edir ki, İlham Əliyev ilə Nikol Paşinyan arasında əldə olunmuş razılığın icrası ilə prosesə Türkiyə də qoşulacaq: “Əslində, Ankara Yerevanla əlaqələri normallaşdırmaqla, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çalışacaq. Hadisələrin gedişatı göstərir ki, Bakı ilə Ankara Qarabağ böhranının həlli üçün kompleks strateji plan üzərində işləyir və bu proses Tacikistan paytaxtı Düşənbədən başlayıb”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az