16.02.2019 04:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Erməni futbolçuya böyük şok!

 
 



Haber7, Türkiyə
04.10.2018


Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryan komandasının UEFA Avropa Liqasında “Qarabağ”la oynayacağı qarşılaşmanın heyətinə daxil edilməyib. Səbəb Ermənistanla Azərbaycanın arasındakı Dağlıq Qarabağ münaqisədir. Bu münaqişə ilə əlaqədar olaraq, ermənilərin Azərbaycana girişi qadağandır.

“Arsenal”ın oyunçusu Henrix Mxitaryan komandasının UEFA Avropa Liqasında “Qarabağ”la oynayacağı səfər görüşünə yollana bilməyib. Məşhur futbolçu ölkəsi Ermənistanla Azərbaycan arasındakı münaqişə üzündən “Qarabağ”la səfər görüşündə iştirak edə bilməyəcək.

İki ölkə arasında davam etməkdə olan Dağlıq Qarabağ münaqişəsi üzündən ermənilərin Azərbaycana girişi qadağandır.

2015-ci ildə Mxitaryan forma geydiyi “Borussiya” klubu daha bir Azərbaycan klubu “Qəbələ” ilə qarşılaşmış və o zaman Azərbaycan tərəfi istisna hal kimi, onun ölkəyə gəlməsinə icazə vermişdi. Lakin alman klubu təhlükəsizliklə bağlı narahatlığını ifadə etmiş və bu üzdən Mxitaryan o matçda da iştirak etməmişdi.

Qurbanov: “İnsanlar etiraz edə bilərdilər”

Azərbaycanı təmsil edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərənin “Arsenal” komandası ilə maçda tərəfdarları məmnun edəcək oyun nümayiş etdirməyə çalışacaqlarını bildirib. O, erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlməməsi haqda da danışıb.

“Belə olmasını istəməzdik. Ancaq müharibədə yaxınlarını itirmiş insanlar ona etiraz edə bilərdilər. Oyuna üçün yox, amma bu kimi səbəblərdən bura gəlməməsi daha yaxşı oldu”, - deyə Qurbanov qeyd edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Haber7


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az