12.12.2018 03:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  1919-cu ilin yanvarı, Paris Konfransı. Azərbaycan nümayəndələri bir daha vətənə qayıtmadı
 
11.12.2018
Eurolatio, Fransa
 

  Azərbaycanda ən qədim masaüstü oyunlardan biri aşkar olunub
 
11.12.2018
QUARTZ, ABŞ
 

  Azərbaycan xalqı ümummilli liderinin xatirəsini yad edir
 
11.12.2018
Zeitung.ch, İsveçrə
 

  Seneqallı müdafiəçi Pap Mamadu Mbodj Azərbaycanda
 
11.12.2018
APS, Seneqal
 

  Tarixi lider, müasir Azərbaycan intibahının banisi Heydər Əliyevin vəfatından 15 il ötür
 
10.12.2018
Əl-Vatan, Misir
 

 
 
Azərbaycanda yeni Nəsimi Festivalı - VİDEO

 
 



Euronews, Aİ
04.10.2018


Müəllif: Volfranq Şpindler, Robert Hakvill

O, Şərqin ən böyük şairlərindən və filosoflarından olub: İmadəddin Nəsimi. Hazırda Azərbaycanda bu böyük mütəffəkirin şərəfinə yeni poeziya, incəsənət və musiqi festivalı keçirilir. Nəsimi həm də mənəvi lider olub. Festival Azərbaycanın ən məşhur muğam ifaçılarından biri, əfsanəvi Alim Qasımovun çıxışı ilə başlayıb.

Emin Məmmədov (Heydər Əliyev Fondunun bədii məsləhətçisi): “Onun fikirləri hələ də müasir və mütərəqqidir. Çünki o, uzun müddət əvvəl, yəni yüz illər bundan qabaq multikulturalizm, tolerantlıq, birlik-bərabərlik haqda fikirlər söyləyib. Onun bu fikirlərini festivalımızın əsas şüarına çevirmək istəyirik”.

Çoxşaxəli festivalda müxtəlif ölkələrdən beynəxalq rəssamlar da iştirak edir. Tədbirə qatılmış Azərbaycan rəssamlarından biri – Çingiz Babayev Nəsimiyə böyük ehtiramını “Planetlər” adlı layihəsilə göstərib. Babayev bu konseptual incəsənət layihəsində kainatın mahiyyətini açmağa çalışır. Rəssamın sözlərinə görə, o, mənəvi dəyərlərə önəm verir və sufizm ideyalarına çox yaxındır.

Çingiz Babayev (rəssam): “Burada müxtəlif ölçülərdə fərqli obyektlər var. Bunlar planetlərdir. Birlikdə isə bunlar kainat deməkdir. Kainatın müxtəlifliyi onu kiçik parçalara bölmür. Amma onlar kiçik parçalar olsa belə, bir böyük anlayışı tərənnüm edir: eşqi”.

No Ho Quanq müğənnidir və müxtəlif ənənəvi musiqi alətlərində ifa edir. Gitaraçı Nuyen Li isə Vyetnam əsillidir. Parisdə anadan olmuş ifaçı caz musiqiçisi kimi məşhurdur. Amma onun musiqi albomlarında Cimi Hendriks və “Pink Floyd” kimi rok əfsanələrinə də böyük ehtiram göstərilir.

Nuyen Li (musiqiçi): “Düşünürəm ki, Vyetnam musiqisi melodiklik və emosiyaların ifadəsidir”.

No Ho Quanq (musiqiçi): “Bəli, Vyetnam musiqisi meditasiya ilə də sıx bağlıdır. O, doğma dilimizlə də bağlıdır. Çünki Vyetnam dilinin musiqi ilə, müxtəlif tonlarla sıx bağlılığı var. Bu üzdən musiqi sanki doğma dilimizi tərənnüm edir”.

Paytaxt Bakıda müxtəlif rəssamların instalyasiyaları, əl işləri nümayiş etdirilir. Festivalın açılış mərasiminə beynəlxalq qonaqlar da dəvət olunub. Avropa Festival Assosiasiyasını təmsil edən Çert Nassens bu qonaqlardan biridir və bizimlə ilk təəssüratını bölüşüb.

Çert Nassens (Avropa Festival Assosiasiyasının meneceri): “Bu gün gördüklərim məni çox sevindirdi. Bu festival müxtəlif janrları birləşdirir. Burada yerli əhali ilə yanaşı, beynəlxalq qonaqlar da iştirak edir. Bəli, onlar doğru yoldadırlar”.

Sami Yusif superulduzdur. Onun İstanbulun Taksim meydanında keçirilmiş konsertlərinin birində yüz minlərlə insan iştirak olub. Sami Yusif Tehranda anadan olub, Londonda boya-başa çatıb. Valideynləri azərbaycanlıdır. Dediyinə görə, dindar ailədə böyüyüb. Sami Yusifin fikrincə, bu gün  insanların mənəvi bağlılığa daha çox ehtiyacı var.

Sami Yusif (müğənni): “Hesab edirəm ki, insanların bir-birindən uzaqlaşması, öz köklərini unutması dözümsüzlük, nifrət və anlaşılmazlıq ideyaları üçün vakuum yaradıb. Hazırda bizim Nəsiminin mesajlarına ehtiyacımız var. Musiqimlə insanlarla onların kökləri, adət-ənənələri arasında bağlılıq yaratmağa çalışıram”.

Volfranq Şpindler (Euronews): “Tolerantlıq, plüralizm və multikulturalizmə töhfə verən bu festivalın keçirilməsi şübhəsiz ki, əla ideyadır. Təşkilatçılar sübut etməlidirlər ki, onlar regional, yerli və beynəlxalq auditoriyanı gələcəkdə də bu festivala cəlb edə biləcəklər”.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az