20.10.2018 20:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycan “Naval Group”dan 3 ədəd “Gowind” gözətçi gəmisi ala bilər

 
 



La Tribune, Fransa
08.10.2018


Müəllif: Mişel Kabirol

“Naval Group” çox tez bir zamanda Azərbaycandan “Adroit” tipli 3 gözətçi gəmisinin satışı ilə bağlı 400-500 milyon avro dəyərində sifariş ala bilər. Emmanuel Makron bu günlərdə Bakıya səfər edəcək.

Bu il iyulun 20-də Yelisey sarayında təşkil olunmuş işçi naharda Azərbaycan prezidenti İlham Əliyevlə görüşmüş Fransanın dövlət başçısı Emmanuel Makron həmkarı ilə yenidən bir araya gəlmək üçün yaxın günlərdə Bakıya yollanacaq. Oktyabrın 11-12-də isə o, Frankofoniya Təşkilatının Ermənistan paytaxtı Yerevanda keçiriləcək zirvə görüşünə qatılacaq.

Bakıda iki ölkənin dövlət başçıları Azərbaycanla Ermənistanı qarşı-qarşıya qoymuş Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını yenidən müzakirə edəcək. Səfər çərçivəsində “Naval Group”la rəsmi Bakı arasında imzalanması planlaşdırılan müqavilə də nəzərdən keçiriləcək. “La Tribune” portalının əldə etdiyi məlumata görə, müqavilənin imzalanması üçün hər şey hazırdır. Yəni, azərbaycanlılar Fransadan gəmilər almağa hazırdır.

Sifariş “Adroit” (OPV 90) sinfindən olan 3 ədəd “Gowind” gözətçi gəmisinin satışını nəzərdə tutur. Onlar Xəzər dənizinin sahilində yerləşən Gəmiqayırma zavodunda istehsal ediləcək. Konfiqurasiyasına və istifadə edilən İsrail avadanlıqlarına görə satışın ümumi dəyəri təxminən 400-500 milyon avrodur. Əldə etdiyimiz məlumata görə, bu döyüş gəmiləri daha az silahla təchiz ediləcək.

Azərbaycan prezidenti Olham Əliyev iyulun 19-da “Naval Group”un baş icraçı direktoru Erve Qiyu ilə görüşü zamanı ona iki ölkə arasında hərbi-texniki əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirmişdi.

Xəzər dənizi və onun xəzinəsi

Avqustun ortalarında Rusiya, İran, Qazaxıstan, Azərbaycan və Türkmənistan tarixi sənəd adlandırılan sazişə imza ataraq, nəhayət, Xəzər dənizinin statusunu müəyyənləşdiriblər. Əhəmiyyətli karbohidrogen yataqlarına malik olan bu daxili dəniz Sovet İttifaqının dağılmasından sonra hər hansı bir hüquqi statusa malik deyildi. Dənizdə neft ehtiyatının 50 milyard barel, təbii qaz ehtiyatının 300 trilyon kubmetrə yaxın olduğu deyilir. Bundan başqa, nərəkimilər sinfinin ən böyük balığı Xəzər dənizindədir və onun yumurtaları kürü şəklində istehlak edilir. Xəzər dənizinin ən bahalı kürüsü nadir albinos nərə balığından alınır ki, onlar da əsasən dənizin cənub hissəsində yaşayır. Məhz buna görə Azərbaycan dənizdəki platformalarına nəzarət etmək, qanunsuz ticarətə və balıq ovuna qarşı mübarizə vasitələrini gücləndirmək üçün gözətçi gəmilərinə sahib olmaq istəyir.

İyulda prezidentlər Emmanuel Makron ilə İlham Əliyev Fransa ilə Azərbaycan arasında suların idarə edilməsi, aeronavtika avadanlıqları və kosmik əməkdaşlıq üzrə üç sazişin təqdimatında iştirak etmişdilər. Fransanın Milli Kosmik Tədqiqatlar Mərkəzinin prezidenti Jan-İv Lö Gol ilə “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev iki ölkə arasında kosmik sahədə, o cümlədən Yerin müşahidəsi sahəsində əməkdaşlığı intensivləşdirmək üçün çərçivə sazişi imzalayıblar. Fransa kosmik sənaye proqramına yeni təkan verməkdə olan Azərbaycanı bu yeni istiqamətdə dəstəkləməyə hazırdır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: La Tribune


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az