20.10.2018 20:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycanın ən məşhur mafiya liderinə qarşı polis əməliyyatı

 
 



Sözcü, Türkiyə
09.10.2018


Müəllif: Habip Atam

İstanbul polisi Azərbaycanın tanınmış mütəşəkkil cinayət dəstə lideri, “Lotu Quli” ləqəbli Nadir Səlifovu saxlayıb. Səlifovun telekonfrans vasitəsilə Rusiyadakı biznesmenlərdən xərac aldığı iddia edilir. Onun adı 2 il əvvəl Beşiktaşda “Gözəgörünməz” ləqəbli azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin qətli zamanı da hallanmışdı.

Əməliyyat İstanbul şəhəri Polis İdarəsinə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəindən həyata keçirilib. Nəticədə Azərbaycan əsilli, “Lotu Quli” ləqəbli Nadir Səlifov həbs olunub. O, Vətən prospektində yerləşən İstanbul şəhər Baş Polis İdarəsinə aparılıb.

Səlifovun Rusiya mətbuatında bir xəbərin yayılmasından sonra saxlanılması maraqlı məqamdır. Rambler.ru saytının “Türkiyədəki oğru Rusiyada xərac yığır” başlıqlı xəbərində maraqlı məqamlar az deyil.

Telekonfrans vasitəsilə xərac

İddialara görə Nadir Səlifov Rusiyada, xüsusilə də Kalujsk regionunda topdansatışla məşğul olan iş adamlarından xərac yığır. Onun bu işi internet vasitəsilə gördüyü deyilir. Məlumata görə, Səlifov iş adamları ilə telekonfrans vasitəsilə danışır və bununla da xəracın toplanması təmin olunur.

Beşiktaşda cinayət

Məlumata görə, Rusiyada toptan meyvə-tərəvəz və qida məhsulları satan iş adamlarının çalışdığı bu regiona nəzarət əvvəllər 2016-cı ilin avqustunda Beşiktaşda qətlə yetirilmiş Rövşən Canıyevdə imiş. O zaman otelin çıxışında lüks avtomobilində güllələnmiş Canıyevlə əlaqədar hadisə yerinə gəlmiş polislər oradan 65 ədəd giliz tapmışdı.

İntiqam məqsədilə toplantı

Canıyevin öldürülməsindən sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları 2017-ci ilin noyabrın 6-da Bahçelievlerdə yerləşən bir ticarət mərkəzində xüsusi əməliyyat keçirmiş, nəticədə “Şirinler” adı ilə tanınan cinayətkar dəstə üzvləri və Canıyevin qardaşı daxil olmaqla, 11 nəfər şübhəli şəxs qismində saxlanmışdı. O zaman deyilirdi ki, saxlanılanlar Canıyevin qətlini sifariş verməkdə şübhəli bilinən “Lotu Quli”nin ölümünə fərman vermək üçün bir araya gəliblərmiş. İddiaya görə hətta Canıyevin qardaşı “Lotu Quli” ləqəbli kriminal avtoritetin qətlə yetirilməsi üçün “Şirinlər” dəstəsinə 5 milyon lirə təklif edibmiş.

Rövşən Canıyevin qətlindən sonra vaxtilə onun nəzarətində olmuş əraziləri Nadir Səlifovun ələ keçirdiyi iddia edilir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sözcü


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az