16.02.2019 04:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Dünya ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yumur

 
 



Şəbəb əl-Nil, Misir
10.10.2018


Müəllif: Cavid Şahverdiyev

Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini düz 30 il əvvəl beynəlxalq qanunlara zidd olaraq, uydurma iddialarla işğal edib. 1992-ci ildə muzdlu erməni silahlıları Dağlıq Qarabağ regionunu qəsb edib, oranın sakinlərinə qarşı planlı şəkildə amansız qətliam törədib.

Əmin-amanlığa, ləyaqətli həyata can atan bu bölgənin tarixində qara səhifələr də o andan başlayıb. Dağlıq Qarabağın rayonlarından olan Xocalıda da silahsız mülki sakinlər ən qəddar qırğına, soyğunçuluğa və talana məruz qalıb. İnsanların humanitar, beynəlxalq hüquqları pozulub, yüzlərlə insan şəhid edilib. Bir sözlə, şəhərdə cinayətkar qruplaşmalar sakinlərə qarşı misli görünməmiş düşmənçilik edib. İnsanlar diri-diri yandırılıb, gözləri çıxarılıb, dərilər soyulub, hətta hamilə qadınların qarnı yarılıb.

Bitərəf jurnalist araşdırmalarında aydın şəkildə qeyd olunur ki, hadisə nəticəsində 106-dan çox qadın, 63 uşaq və 70 qoca öldürülüb, yüzlərlə insan itkin düşüb. Bundan başqa, bu zaman Azərbaycan iqtisadiyyatına on milyonlarla dollar ziyan dəyib.

Nəhayət, 1994-cü il mayın 12-də tərəflər arasında atəşkəs sazişi imzalanıb. Amma Ermənistan tərəfi razılaşmanı bu gün də pozmaqdadır. Qarabağ sakinlərinin qətli, onrala qarşı soyğunçuluq bu gün də davam edir. Başqa sözlə, bütün bunların fonunda susqunluq nümayiş etdirən dünyanın gözü qarşısında təcavüz, qanun pozuntusu və s. səngimir.

Biz Ermənistandan işğal etdiyi torpaqların – Dağlıq Qarabağ və ona bitişik 7 rayonun qeyd-şərtsiz azad olunmasını tələb edirik. BMT və digər beynəlxalq təşkilatlardan tələb edirik ki, yaşamaq istəyən xalqın probleminin həllinə səy göstərsin, Ermənistan tərəfini Azərbaycanın suverenliyinə təcavüzü dayandırmağa məcbur etsin.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Şəbəb əl-Nil


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az