18.11.2018 17:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Naxçıvan – 2018-ci il İslam Mədəniyyətinin Paytaxtı - FOTO

 
 



AVESTA, Tacikistan
15.10.2018


İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakıda keçirilmiş konfransında Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdi. Bu, tarixi hadisə idi.

Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan – İslam Mədəniyyətinin paytaxtı-2018”in açılışı olub. Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən olan Naxçıvan çoxəsrlik islam mədəni irsinin layiqli qorunması və inkişafında xüsusi rol oynayıb. Açılış mərasiminə Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı – ISESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveyrci, yeddi ölkənin, o cümlədən Tacikistanın, mədəniyyət naziri və təmsilçiləri qatılıblar.

Mədəni proqram çərçivəsində iştirakçılar Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, onun xatirəsini anıb. Naxçıvan Azərbaycanın ağır illərində ölkəyə rəhbərlik etmiş, ictimai-siyasi sabitliyin bərpası və ölkənin inkişafı üçün böyük səylər göstərmiş Heydər Əliyevin kiçik vətənidir.

Əzəli Azərbaycan torpağı olan Naxçıvan keçmişdə olduğu kimi, indi də Avrasiyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi, diqqət şəkir. Əsrlər boyu Naxçıvan ərazisində bir çox dövlətlərin maraqları kəsişib. Buranın zəngin tarixi-mədəni irsi əvvəlki kimi, alimlərin, tarixçilərin, mədəniyyət xadimlərinin və təbii ki, siyasətçilərin böyük marağına səbəb olur.

Naxçıvan sözünün mənasını mütəxəssislər müxtəlif cür izah edir. Xalq etimologiyasına və tarixi mənbələrə görə, “Naxçıvan” sözü “Nəqşi Cahan” ifadəsindən yaranıb və “Dünyanın naxışları”, “Dünyanın bəzəyi” anlamına gəlir. Yerli əhali arasında geniş yayılmış əfsanəyə görə isə Naxçıvan toponimi tufandan xilas olmaq üçün bu yerlərə sığınmış Nuh peyğəmbərin adı ilə bağlıdır. Əfsanəyə əsasən, bura “Nuhçivan”, yəni Nuhun məskəni, Nuhun diyarıdır. Digər fərziyə isə ondan ibarətdir ki, “Naxçıvan” sözü “Nakçuana/Naxçuan” sözlərindən əmələ gəlib və möcüzəli şəfalı sular diyarı deməkdir.

Beş min illik şəhər mədəniyyətini daşıyan Naxçıvan tarixən təkallahlığın mərkəzlərindən olub. Hələ İslama qədər burada yaşamış Azərbaycan türkləri dini etiqadlarına, adət və ənənələrinə, mənəvi dəyərlərinə görə İslama yaxın olublar. Bu səbəbdən yerli əhali 653-cü ildə İslamı könüllü qəbul edib. İslam elm, mədəniyyət, sülh və mərhəmət dinidir, o, insanları mənəvi saflığa və ədalətə dəvət edir. İslam təhsili, elmi və mədəniyyəti dünya sivilizasiyasının formalaşması və inkişafında böyük rola malikdir.

Möminə Xatun, Gülüstan, Qarabağlar türbələri, buzxana və hamamlar, qədim məscidlər və digər abidələr bu torpaqda yaradılmış böyük türk-islam mədəniyyətinin günümüzə gəlib çatmış nümunələridir. Bütün bunlar ondan xəbər verir ki, İslam mədəniyyəti dövlətçiliyin güclü olduğu, sülh və əminamanlığın hökm sürdüyü, böyük yaradıcılıq potensialına malik yerlərdə inkişaf edib. Naxçıvanda türk-islam mədəniyyəti intibah dövrünü on ikinci əsrdə, Azərbaycan ərazisində mövcud olmuş Atabəylər dövləti dönəmində yaşayıb. O dövrdə yaşamış memar Əcəmi Naxçıvaninin yaradıcılığı təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərq və İslam memarlığında yeni məktəbin əsasını qoyub.

Orta əsrlərdə Naxçıvan İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilib. XV əsrdə tərtib olunmuş “Dünya İslam tarixi xəritəsi”ndə Naxçıvanın da adı əks olunub. Orada yazılıb: “Naxçıvan İslamın ən qüdrətli dayaqlarından biridir…”.

XVIII əsrdə, Naxçıvan xanlığı dönəmində də bu torpaqlarda İslam dəyərləri qorunub, ənənələri və tarixi-mədəni irsi inkişaf etdirilib. Azərbaycanın müstəqillik qazanmasından sonra isə Naxçıvan Muxtar Respublikasında yeni yanaşmanın – İslam dəyərlərinə elmi baxışın əsası qoyulub, türk-islam mədəniyyət abidələri tədqiq edilmətə başlayıb. Beləliklə, Naxçıvan özünü yenidən İslam mədəniyyətinin əsas mərkəzi kimi təsdiqləyib.

ISESKO-nun proqramı iştirakçı dövlətlərlə əlaqələndirilmiş şəkildə həyata keçirilir və ən vacib mədəni layihələri, insanlığın və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir. Paytaxtların seçilməsi də dini fəlsəfə çərçivəsində baş verir. Burada konkret meyarlar var. Seçilmiş paytaxt zəngin tarixə malik olmalı, İslam mədəniyyətinə, bəşəri dəyərlərə töhfə verməlidir.

Bu gün bəşəriyyət fərqli çağırışlarla rastlaşır və bununla əlaqədar xüsusi mədəniyyət proqramları həyata keçirilir. Bu proqramlar həmçinin dinin vasitəsilə insanların tarixi yaddaşının təzələnməsinə yönəlib. Yəni bu, keçmişlə gələcəyi bağlamaq cəhdidir. Məqsəd isə cəmiyyətdə tətbiq olunan xüsusi mexanizmlər vasitəsilə yaradıcılığa, elmə və digər sahələrə töhfə verməkdir. İslam tarixinin bir parçası olan Naxçıvan da İslamın olduğu kimi təbliğinə tövhə verməkdədir.

Naxçıvan rəhbərliyi şəhərin İslam Mədəniyyətinin Paytaxtı seçilməsindən məmnundur. İslam ölkələrilə əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın ümummmilli Lideri Heydər Əliyev deyirdi: “İslam sülh, qardaşlıq və əməkdaşlıq dinidir… Bu, bütün tarix boyu Azərbaycanda özünün praktiki ifadəsini tapıb”.

Azərbaycan prezidenti İlham Əliyev də dini-mədəni dəyərlərin inkişafına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsinin uğurlu modelini təklif edir. Azərbaycanda hökm sürən dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər başqa dövlətlər üçün nümunə sayıla bilər.

Azərbaycan prezidenti Naxçıvanın 2018-ci il İslam Mədəniyyətinin Paytaxtı elan edilməsini sivilizasiyalararası dialoqa vacib töhfələrr verən Azərbaycanın bu qədim diyarının zəngin maddi-mənəvi irsinə verilən yüksək dəyərin göstəricisi adlandırıb.

Naxçıvan bu coğrafi məkanın ən müqəddəs torpağıdır. Onun mədəniyyəti və tarixi buranın qədim Azərbaycan sivilizasiyasının beşiklərindən biri olduğunu göstərir. Yaxın və Orta Şərqin ən əzəmətli şəhərlərindən olan Naxçıvan özünün böyük tarixi boyu çoxəsirlik nailiyyətlərin qorunması və inkişafında xüsusi rol oynayıb. Bu torpaqlarda 1000-dən çox tarixi abidə var ki, onların 60-ı dünya əhəmiyyətli abidədir. Bu, özü-özlüyündə Naxçıvanın qədim tarixə malik olduğundan xəbər verir. Naxçıvan şəhərinin yaxınlığında xalq arasında Əshabi Kəhf adı ilə tanınan böyük qədimi mağara yerləşir.

Naxçıvanın tarixi minilliklərlə hesablanır ki, bu da bu şöhrətli şəhəri Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən birinə çevirir. Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Muxtar Respublikanın ərazisi 5500 kvadrat metrə, əhalisinin sayı isə 450 000 nəfərə çatır. O, Türkiyə, İran və Ermənistanla həmsərhəddir.

Naxçıvan müxtəlif dövlət və xanədanların, o cümlədən Atabəylər dövlətinin (XII əsr), Naxçıvan xanlığının (XVIII-XIX əsrlər) və Araz Türk Respublikasının (XX əsrin əvvəli) paytaxtı olub.

Bu gün Naxçıvan qədim və orta əsrlərə aid türk-islam mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Onlar arasında tarixi memarlığın görkəmli nümunələri olan qədim məskənlər, şəhərlər, əzəmətli qalalar, tarixi abidələr və məzarüstü daşlar var.

Bura milli, bəşəri və dini dəyərləri qoruyan, İslam mədəniyyətinin çoxəsirlik nailiyyətlərinin diyarıdır. Muxtar respublikada tarixi abidələrin bərpasına, qorunmasına və qeyri-maddi mədəni irsin təbliğinə böyük diqqətlə yanaşırlar.

Naxçıvan Azərbaycanın dövlətçilik tarixi və mədəniyyətinə də töhfə verməkdədir. Bu tarix ölkənin bütün bölgələrinin çoxşaxəli və müxtəlif ənənələrini özündə birləşdirir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AVESTA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az