18.03.2019 19:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Azərbaycanın futbol üzrə milli komandasını “Damat” geydirəcək

 
 



Anadolu Ajansı, Türkiyə
16.10.2018


“Orka Holding” sahib olduğu “D’S Damat” markası ilə futbol üzrə Azərbaycan milli komandasının sponsoruna çevrilib.

“Orka Holding”lə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında sponsorluq müqaviləsi imzalanıb. Bakı Olimpiya Stadionunda təşkil olunmuş mərasimdə müqəviləni AFFA-nın baş katibi Elxan Məmmədov ilə “Orka Holding” idarə heyətinin sədri Süleyman Orakçıoğlu imzalayıblar.

Sənədə əsasən, “Orka Holding” Azərbaycan yığmasının üzvlərini və AFFA əməkdaşlarını “D’S Damat” markalı kostyumlarla təmin edəcək. Bundan başqa, Azərbaycan milli komandasının iştirak etdiyi UEFA Millətlər Liqası və Avropa Çempionatının seçmə mərhələsinin ev oyunlarında marketinq hüququ da “D’S Damat” şirkətinə təslim olunub.

“Orka Holding” idarə heyətinin sədri Orakçıoğlu mətbuata açıqlamasında futbol dünyasında marka olduqlarını söyləyib. O, hazırda Türkiyə və Makedoniya millilərinə, həmçinin “Fənərbağça”, “Trabzonspor”, “Bursaspor” və “Ankaragücü” kimi klublara da sponsorluq etdiklərini bildirib.

Azərbaycana xüsusi diqqət yetirdiklərini və bu ölkədə 5 mağazaya sahib olduqlarını deyən Orakçıoğlu fikrini belə davam etdirib: “İnşallah, bu bazarda daha da böyüyəcəyik. Bu gün bir marka kimi, dünyanın hər yanında tanınırıq. Hər gün 24 saat çalışırıq. Günəşin çıxdığı Sidneydə də varıq, Uzaq Şərqdə, Ön Asiyada, Balkanlarda da. İtaliyada da çox güclüyük. Ötən həftə Almaniyada 5-ci mağazamızı açmışıq. Rumıniya da bizim üçün xüsusi ölkədir. İspaniyada da varıq. Bu, hələ hamısı deyil. Okeanın o tayında – Cənubi Amerikada da fəaliyyət göstəririk”.

Dünya markasına çevrilməyin asan başa gəlmədiyini vurğulayan Orakçıoğlu deyib: “Qlobal dünyada yolumuza işıq sürətilə davam edirik. Qardaş Azərbaycan da böyük planlarımızın olduğu ölkədir. Üstəlik, burada özümüzü evimizdəki kimi hiss edirik. Ümumiyyətlə, Türkiyə markalarının dünyada fəallığı getdikcə artır. Keyfiyyət, dizayn və innovasiya sahəsində müxtəlif işlər görürük. Qiymətlərimiz də əlverişlidir. İtaliyada uğur qazanmamızın səbəbi də budur. Türkiyəyə gəlincə, vətəndə 220 mağazamız var. 2019-cu ildə bir türk brendi olaraq, xaricdəki mağazalarımızın sayını da 220-yə çatdıracağıq. 2019-cu ilin sonunda dünyada 440 mağazaya malik qlobal markaya çevriləcəyik”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az