21.01.2019 06:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Bakının 11 turistik məkanı - FOTOREPORTAJ

 
 



KHABARONLINE, İran
17.10.2018


Bakı. Dəniz kənarında yerləşən bu müasir şəhər Azərbaycanın paytaxtıdır. Şəhərin memarlığında qədimiliklə müasirliyin sintezi insanı heyrətə gətirir. Bir yanda tarixi quruluş, digər hissədə müasir, Avropasayağı memarlıq üslubu. Bakıya yolunuz düşərsə, Avropanın bu tarixi şəhərini görmək üçün ən azı dörd gün ayırın. Əgər bünüt Azərbaycanı görmək niyyətindəsinizsə, daha uzunmüddətli səfər edin.

“Odlar yurdu” adlandırılan Azərbaycanın adı da elə bundan götürülüb. Gözəl ölkə, zəngin mədəniyyət, qonaqpərvər xalq. 9 iqlim zonası olan ölkənin coğrafiyası olduqca müxtəlif və möhtəşəmdir. Turistlər arasında populyar olan Azərbaycanın görkəmli şəhərlərindən paytaxt Bakını, Azərbaycanın ikinci böyük və tarixi şəhəri olan Gəncəni və Gürcüstanla sərhədə yaxın yerləşən Şəki şəhərini qeyd etmək olar.

Bakının qədim İçərişəhəri

Bakının tarixi İçərişəhər adlanan hissəsi paytaxtın ən qədim hissəsi sayılır. Onu şəhərin müasir hissəsindən uca divarlar ayırır. İçərişəhərin əsas xarakterik cəhətlərindən biri qədimiliklə müasirlik arasındakı fərqləri ortaya qoymasıdır. Bunu görmək üçün onun daş döşənmiş küçələrini gəzmək kifayətdir.

İçərişəhərin küçələrini dolaşarkən ikimərtəbəli, eyvanlı köhnə evlərin arxasında Bakının yeni üslublu binalarını, o cümlədən “Alov qüllələri”ni görmək olur. Bu da İçərişəhərin daş və kərpicdən tikilmiş evlərilə qəribə təzad yaradır.

Qız qalası

29 metr hündürlüyü olan silindr formalı bu qala da İçərişəhərdə yerləşir. Qız qalasının tarixi VII-XII əsrlərə gedib çıxır. Bu gün o, Bakının bu qədim məhəlləsinin rəmzinə çevrilib. Bir çox ekspertlər qalanın bir vaxtlar zərdüştlər tərəfindən məbəd kimi istifadə olunduğunu düşünür. Hazırda onun içərisində muzey var. Spiral formalı pilləkənlərsə sizi qalanın zirvəsinə aparır.

Şirvanşahlar sarayı

Şirvan hakimiyyəti Qafqazda Abbasilərin hökmranlığı zamanı formalaşıb və Səfəvilər dövründə – I Şah Tahmasibin dövründə ləğv edilib. O dövrə aid Şirvanşahlar sarayı isə bu gün Azərbaycanın dünya irsi abidələri sırasına daxildir. 2000-ci ildə o, UNESCO tərəfindən qeydiyyata alınıb. Tarixi XV əsrə gedib çıxan saray tarixsevərlər üçün maraqlı məkandır.

Heydər Əliyev Mərkəzi

Azərbaycanın mərhum prezdenti Heydər Əliyev ölkə əhalisi arasında bu gün də böyük hörmətə malikdir. Bu üzdən onun xatirəsini əbədiləşdirmək üçün maraqlı  dizaynda Heydər Əliyev Mərkıəzi inşa edilib. Binanın memarı İraq əsilli britaniyalı memar Zaha Hədiddir. Mərkəzdə amfiteatr, Heydər Əliyev Muzeyi, klassik avtomobillərdən ibarət kolleksiya, tarixi xəzinələr, sərgilər, ticarət pavilionları və uşaqlar üçün oyun məkanları var.

Fəvvarələr meydanı

Keçmişdə “Parapet” kimi tanınmış bu gözəl meydan Bakının əsas meydanlarındandır. Şəhərin bir çox alış-veriş mərkəzi, mehmanxanaları, kafe və restoranları məhz burada yerləşir. Turistlər arasında xüsusi populyar olan Fəvvarələr meydanını nəzərdən qaçırmayın. Meydandakı restoranlara da baş çəkin.

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyini ziyarət etmək ədəbiyyat və incəsənət sevənlər üçün maraqlı ola bilər. Fəvvarələr meydanının yaxınlığında yerləşən muzey əslində, Azərbaycan mədəniyyətini tanımaq üçün ən yaxşı məkanlardandır. Burada ölkə mədəniyyətilə bağlı çox sayda kitab və maddi əşya var.

“Alov qüllələri”

Bakının ənənəvi tarixi hissəsni təcəssüm etdirən Qız qalasının arxasında görünən “Alov qüllələri” şəhərin müasirliyinin rəmzidir. Hər biri təxminən 180 metr hündürlüyündə olan alov formalı üç qüllə Bakının hər tərəfindən görünür.

Azərbaycanın paytaxtı qədimdə atəşpərəstlik diyarı olub və zərdüştlər bu şəhərə xüsusi əhəmiyyət veriblər. Qüllələrin dizaynı da alov formasındadır.

Dənizkənarı Milli Park

Bakı bulvarı şəhərin əsas prospektlərindən birində yerləşir. Xəzər dənizi sahili boyunca gözəl bir prospekt var. Uzunluğu 5,3 kilometrdən artıq olan bu park da həmin ərazidədir. O, Bayraq meydanından Azadlıq meydanına qədər uzanır.

Bulvardakı gözəl alış-veriş mərkəzləri, fərqli kafe-restoranlar turistləri oraya cəlb edir.

Kiçik Venesiya

Əslində kiçik şəhər sayılan Bakının bu hissəsi 1960-cı ildə İtaliyanın Venesiya şəhərindən ilham alınaraq salınıb. Onun sahəsi 2012-ci ildə 10 min kvadratmetrə çatdırılıb. Şəhərciyin su kanallarında Venesiya qayıqları üzür. Turistlər müəyyən məbləğ ödəməklə, qayıq gəzintisinə çıxa bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KHABARONLINE


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az