18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Kelt lirası. “Ar Bard” qrupu ilk dəfə Azərbaycanda

 
 



Le Télégramme, Fransa
18.10.2018


Müəllif: Jülyan Vayan

Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Bakıya dəvət olunmuş Kot d’Armor musiqiçisi, “Ar Bard” qrupunun lideri və mənşəyi qal lirası olan ud ustadı Jülyan Küvilye neft qoxusulu, göydələnlərlə zəngin, minillik adət-ənənələrin hökm sürdüyü paytaxtda inanılmaz bir səfər keçirib. Hələ onun “Elektra Hall”da keçirilən kelt roku konserti günü Rusiya prezidenti Vladimir Putinin də  Azərbaycanda olduğunu demirik...

Aeroporta enər-enməz ona ilk təsir edən məqam hər yerdən neft qoxusunun gəlməsi olub. “Bu, onların xəzinəsidir. Orada “qara qızıl” çıxaran nasoslar sanki həyata ritm verir”, - deyə Jülyan Küvilye bildirir: “Qaldığımız otel otağından belə, şəhərin mərkəzində inşa edilmiş neft stansiyasının bacalarından çıxan alovu görürdük”.

Şahzadələr kimi qəbul

Kot d’Armor departamentinin kiçik Kerpert kəndində (Genqamda təxminən 30 kilometr cənubda) məskunlaşan “Ar Bard” kelt rok qrupunun lideri Jülyan Küvilye gitara ifaçısı Sven Vina ilə birlikdə Azərbaycan paytaxtına 2018-ci il sentyabrın 27-də yollanmışdı. Onlar göydələnlərlə dolu Bakının insana geniş imkanlar verən eldorado olduğunun deyirlər. Musiqiçiləri hava limanının çıxışında gözləyən limuzin Xəzər dənizinin sahilində keçəcək unudulmaz beş günün yalnız başlanğıcı idi...

Jülyan Küvilye ilə Sven Vina şeir və etnik musiqiyə həsr olunmuş tədbirin – Nəsimi festivalının (XIV əsrdə yaşamış şair və filosof) fəxri qonaqları idilər. Səfər avqustun əvvəlində alınmış elektron məktubdan sonra proqramlaşdırılmışdı. Mesajı göndərən isə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev idi. Nazir Jülyana Şamaxı şəhərindəki rəsədxanada eksklüziv konsert verməsini təklif etmişdi. Musiqiçi hadisəni belə xatırlayır: “İlk reaksiyam xəritə üzərində Azərbaycanı və Bakını axtarmaq oldu”. Musiqiçi rəhbərlik etdiyi qrupun ilk turnesinin 5 min kilometr uzağa olacağını heç zaman ağlına gətirməyibmiş.

Bəs Avropa ilə Asiya arasında körpü rolu oynayan bu keçmiş sovet respublikasının mədəniyyət naziri “Ar Bard” qrupunu haradan tanıyırmış? “Bu, yoldaşımla 15 illik fəaliyyətimizin və tədqiqatlarımızın təsdiqidir”, - deyə qal lirasının (Böyük Britaniya ərazisində tapılmış ən qədim musiqi aləti) 2015-ci ildə Fransa administrasiyası tərəfindən tanınmasına nail olmuş Jülyan bildirir. Onun fəaliyyəti bu alətin Rusiya, İsrail və hətta Kanadada satılmasına imkan verib. Bəlkə də onun “France 3” telekanalında ötən qış yayımlanmış “Kim davam etdirəcək?” verilişindəki çıxışı azərbaycanlı nazirin də marağına səbəb olub. Digər versiya da var: musiqiçinin bu alətdə həyat yoldaşı ilə birlikdə ifasına “YouToube” portalında 240 min nəfər baxıb.

Səfər konsert günü daha bir qeyri-adi hadisə ilə yadda qalıb: “Həmin gün səhər festivalın təşkilatçıları rəsədxanada çıxış etməyəcəyimizi bildirdilər. Səbəb təhlükəsizliklə bağlı imiş. Bir qədər sonra yenidən telefon zəngi gəldi. Məlum oldu ki, Bakının ən böyük zallarından olan “Elektra Hall”da 3500 tamaşaçı önündə çıxış edəcəyik. O anda düşündük ki, bu, qrupumuz üçün sürətli bir başlanğıcdır”.

Konsertə 10 dəqiqə qalmış isə daha bir xəbər. Təşkilatçılar Jülyan ilə Svenə həmin gün Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinin də zalda olduğunu deyib. Artıq düşünməyə belə, vaxt yox idi: “Otuz dəqiqəlik konsert sanki bir xülya idi. O, “mələkləri belə, ağladacaq” akustika ilə keçdi. İnanılmaz həzz aldıq”.

Keçmiş DTK agentinin konsertdə iştirakına gəlincə, prezidentin kortejini və möhtəşəm mühafizəsini kameraya çəkməyə nail olmuş Jülyan Putini VIP lojada görə bilmədiklərini deyir. “Lakin onun iştirakı konsertə əlavə rəng qatdı. Onun əlində silah olan mühafizəçilərindən biri dedi ki, onları videoya çəkmək heç də yaxşı ideya deyil. Mən onunla mübahisə etmədim”, - deyə Jülyan bildirir.

Arxeo-ud ustadı istənilən halda, dünyanın ən güclü liderlərindən birinin zalda olmasının rəmzi əhəmiyyət daşıdığını deyir: “Qədim dövrlərdə el şairinin funksiyası kübar cəmiyyətlərdə qədim xalq adətlərini tərənnüm etmək idi. Beləliklə, “Ar Bard” qrupunun birinci konserti qədim zamanların el şairlərinə gözəl bir ehtiram oldu. Biz bir prezident və çoxsaylı publika qarşısında Armorikin və kelt xalqının adətlərini tərənnüm etdik”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Télégramme


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az