18.11.2018 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan Müstəqillik gününü qeyd edir

 
 



Actualite-news.com, Fransa
18.10.2018


Müəllif: Ümit Dönməz

Azərbaycan Ali Sovetinin Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etməsindən 27 il ötür.

İslam dünyasında ilk dünyəvi dövlət olan, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ömrü cəmi 23 ay sürmüşdür. Azərbaycan müstəqilliyini o vaxtdan bir də 70 il sonra – Sovet İttifaqının dağılması ilə bərpa edib. 1991-ci ildə artıq Qafqazın ən böyük ölkəsinin azadlıq yolunu Sovet tankları da kəsmək iqtidarında deyildi. Azərbaycan müstəqillik yolunda yüzlərlə oğul və qızını itirməsinə rəğmğn, azadlığı uğrunda mübarizəni davam etdirirdi.

Beləliklə, ölkə parlamenti 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpa olunması haqqında Konstitusiya Aktını qəbul edib. Sənədə uyğun olaraq, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin varisi elan olunub. Konstitusiya Aktında etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq bərabərliyi təsbit edilib.

Sənədin təsdiqindən sonra Azərbaycan elə həmin ilin 29 dekabrında ümumxalq referendumuna gedib. Seçki bülletenlərində yalnız bir sual var idi: “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını dəstəkləyirsinizmi?”. Səsvermə hüququ olan vətəndaşların təxminən 95%-nin qatıldığı prosesdə xalq yekdilliklə müstəqilliyə səs verib.

Azərbaycanın müstəqilliyi ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə, daha sonra Rumıniya (1991-ci il dekabrın 11-i), Pakistan (1991-ci il dekabrın 13-ü), İsveç (1991-ci il dekabrın 23-ü), İran (1991-ci il dekabrın 25-i), ABŞ (1992-ci il yanvarın 23-ü), Rusiya (1992-ci il aprelin 10-u) və digər dövlətlər tanıyıb. 1992-ci il martın 2-də isə o, BMT-yə üzv seçilib. Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən de-fakto tanınması məhz həmin tarixdən başlayır.

1992-ci ilin mayında ölkə parlamenti Azərbaycanın əvvəlcə dövlət himnini, sonra dövlət bayrağını, daha sonra isə alovla birlikdə səkkizguşəli ulduzun təsvir olunduğu dövlət gerbini təsdiqləyib.

Dağlıq Qarabağ problemi

Dağlıq Qarabağ problemi Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycanın bu bölgəsində yaşayan ermənilərin müstəqillik tələb etməsilə başlayıb. Az sonra, təni 1991-ci ildə erməni silahlı qüvvələri bölgəyə hücuma başlayıb və 1992-ci ildə əvvəlcə Xankəndi, sonra Xocalı və Şuşa işğal olunub. Daha sonra ermənilər Laçını, Xocavəndi, Kəlbəcəri, Ağdərəni də işğal edib. 1993-cü ildə isə onlar Ağdama girib. Sonrakı aylarda Cəbrayıl, Fizuli, Qubadlı və Zəngilan rayonları da işğal edilib.

Nəticədə, hazırda Azərbaycan ərazisinin 20%-i işğal altındadır. Bu, 1 milyon azərbaycanlının bu bölgədən didərgin düşməsilə nəticələnib.

Tərəflər arasındakı silahlı qarşıdurmaya son qoyulması, vasitəçilik edilməsi üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılıb. 1994-cü ildə isə Ermənistanla Azərbaycan arasında Bişkek protokolu kimi tanınan atəşkəs razılaşması imzalanıb. Lakin saziş faktiki olaraq, kağız üzərində qalıb. O vaxtdan münaqişə nəticəsində hər iki tərəfdən minlərlə əsgər ölüb. 26 ildir davam edən sülh danışıqlarına baxmayaraq, Minsk qrupu hələ də problemin həlli yolunu tapa bilməyib.

Ermənistan işğal etdiyi əraziləri boşaltmazsa, onun davamlı inkişafı qeyri-mümkündür

“Biz Ermənistanın əvvəlki hakimiyyətilə danışıqlarda çox müsbət irəliləyişlər əldə etmişdik. Lakin indi, onlarda yeni hökumət qurulub. Yəqin ki, danışıqların gedişilə bağlı məlumatlanmaq üçün onların bir az vaxta ehtiyacı var”, - deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Yaxşı qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayan nazir ölkəsinin mövqeyini bir daha ifadə edib: “Ümid və arzu edirəm ki, yaxşı anlaşma əldə edək. Yaxşı qonşuluq siyasəti qurmadan davamlı inkişafdan söhbət gedə bilməz. Məsələ bu qədər sadədir. Əsas məsələ əlbəttə ki, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır”.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın son görüşü sentyabrın 27-də Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində baş tutub.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Actualite-news.com


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az