18.11.2018 17:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?

 
 



THE DAILY CALLER, ABŞ
19.10.2018


Müəllif: Nəsimi Ağayev (Azərbaycanın Los-Ancelesdəki baş konsulu)

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton gələn həftə Azərbaycan və Ermənistana səfər edəcək. Bu, 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisindən sonra Vaşinqtonun yüksək rütbəli rəsmi şəxsinin bu ölkələrə ilk səfəri olacaq.

Bakı ilə Yerevanda müzakirə olunacaq əsas mövzulardan biri uzun müddətdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişə strateji olaraq Rusiya ilə İran arasında yerləşən, qlobal nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malik enerji və nəqliyyat dəhlizlərin keçdiyi Cənubi Qafqaz regionunun təhlükəsizliyinə, sülhə təhdiddir.

ABŞ Rusiya və Fransa ilə birgə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. 25 ildir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məhz bu quruma həvalə edilib. Lakin bu istiqamətdə hələ də real nəticə əldə olunmayıb. O, postsovet məkanının ən təhlükəli münaqişəsi olaraq qalır. 2016-cı ilin aprelində baş vermiş hərbi əməliyyatlar da hazırkı status-kvonun zəif olduğunu və bu münaqişənin tezliklə həll edilməsinin vacibliyini göstərib. Qeyd edək ki, aprel döyüşləri 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra tərəflər arasında baş vermiş ən miqyaslı toqquşmadır.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktlar açıq-aydındır: 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın suveren ərazisinin 20%-ni işğal edib. Nəticədə 800 min azərbaycanlı Dağlıq Qarabağ və ona bitişik 7 rayondakı doğma ev-eşiyindən qovulub.

Müqayisə üçün qeyd edək ki, işğal altındakı ərazilər Los-Ancelesdən təxminən 13 dəfə və ya ABŞ-ın Konnektikut ştatından böyükdür.

BMT Təhlükəsizlik Şurasının, həmçinin digər böyük beynəlxalq təşkilatların qətnamələrində işğal faktı pislənsə də, qeyri-qanuni hərbi işğal davam edir. Dağlıq Qarabağ münaqişəsinin həlli və ermənilərlə azərbaycanlılar arasında çox ehtiyac duyulan sülhün bərqərar olması yolunda real manelər isə bunlardır: Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyərək hərbi birləşmələrini işğal altındakı ərazilərdən çıxartmaqdan, işğal altındakı ərazilərdən qovulmuş əhalinin geri qaytarılmasından imtina!

ABŞ-ın Ermənistandakı səfiri Riçard Milsin bu yaxınlarda bəyan etdiyi kimi, bu münaqişənin istənilən formalı həlli zamanı işğal altındakı ərazilər Azərbaycana qaytarılmalıdır.

Bu il aprelin sonunda Ermənistanda hakimiyyətin dəyişməsilə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə yeni ümidlər yaranmışdı. Lakin yeni hökumətin hərbi ritorikası və hərəkətləri bu ümidləri bir qədər azaldıb. Bununla belə, regionumuzu birgə fəaliyyətlə çiçəkləndirmək üçün sülhə ehtiyac var. ATƏT-in Minsk qrupu Ermənistanın yeni rəhbərliyinə bir şeyi konkret izah etməlidir: Dağlıq Qarabağda sülh təkcə Ermənistanın üzləşdiyi ciddi siyasi, iqtisadi, sosial problemlərin həlli baxımdan önəmli deyil. O, ümumiyyətlə, həyati əhəmiyyət daşıyır.

Ermənistan ciddi demoqrafik problemlə üz-üzədir. Öz vətənində normal yaşamaq imkanı olmayan on minlərlə gənc erməni daha yaxşı həyat üçün xarici ölkələrə köçür. 1991-ci ildən bəri Ermənistan əhalisinin təxminən yarısı – 1,5 milyon nəfər ölkəni tərk edib. Onların əksəriyyəti ABŞ-a köçməyə üstünlük verir. Bu, ABŞ-da onsuz da böyük ağır olan miqrasiya problemini daha da dərinləşdirir.

BMT-nin hesablamalarına əsasən, 2050-ci ilə qədər Ermənistan daha 1 milyon əhali itirə bilər. Üstəlik, bu ölkədəki sosial infrastruktur tədricən məhv olur, yoxsulluq səviyyəsi isə təxminən 30%-ə çatır. Bu, Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir (Azərbaycanda yoxsulluq səviyyəsi 5%, Gürcüstanda isə 22%-dir). Bu gün Ermənistan iqtisadiyyatı xarici yardımlardan, xarici ölkələrdən göndərilən maliyyə vəsaitindən asılıdır.

Azərbaycan isə əksinə, regionun ən güclü iqtisadiyyatına malik ölkəsidir. O, müxtəlif ölkələrlə güclü əməkdaşlıq əlaqələri qurur, milyardlarla dollarlıq enerji və qitələri birləşdirən nəqliyyat layihələri həyata keçirir, qlobal enerji təhlükəsizliyinə töhfə verir.

Bakı böyük əhəmiyyətə malik olan bu regionda Vaşinqtonun etibarlı müttəfiqidir. Azərbaycan ABŞ-a beynəlxalq terrorçuluqla mübarizədə və enerji tədarükünün şaxələndirilməsində dəstək verir. Ən əsası, burada müsəlmanlar, yəhudilər, xristianlar sülh, harmoniya, qarşılıqlı hörmət şəraitində birgə yaşayır.

Odur ki, Azərbaycanla sülh ilk növbədə Ermənistanın özünə böyük fayda verəcək: sərhədlər açılacaq, sülh və sabitlik gətirəcək, investisiya axını başlayacaq və Ermənistan regionun ən böyük enerji və nəqliyyat şəbəkəsinə inteqrasiya edəcək. Bir sözlə, Dağlıq Qarabağda sülh erməni xalqının maraqlarına uyğundur. Beləliklə, Yerevanın müharibə ritorikasından əl çəkməsinin, münaqişənin həlli üçün konstruktiv danışıqlara başlamasının vaxtıdır.

Ümid edək ki, bu regiona bu qədər üstünlük verən ABŞ iki tərəf arasında davamlı sülhün yaranması, barışığın əldə olunması üçün vasitəçilik səylərini ikiqat artıracaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE DAILY CALLER


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az