18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
“Star” neft emalı zavodunun açılışı – FOTOREPORTAJ

 
 



Actualite-news.com, Fransa
21.10.2018


Müəllif: Tuncay Çakmak

“Bu zavod bizə hər il 1,5 milyard dollar qənaət imkanı verəcək”, - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla tərəfdaşlıq çərçivəsində inşa edilmiş “Star” neft emalı zavodunun açılış mərasimində bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İzmir şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə tərəfdaşlıq çərçivəsində inşa edilmiş “Star” neft emalı zavodunun açılış mərasimində nitq söyləyib. Onun sözlərinə görə, bu zavodun açılışı ilə Türkiyənin enerji asılılığı xeyli azalacaq. 

Türkiyə prezidenti əvvəlcə mərasimdə iştirak etmək üçün İzmirə gəlmiş azərbaycanlı həmkarı İlham Əliyevi salamlayıb. O, fürsətdən istifadə edərək, həmkarına Azərbaycan Respublikasının dövlət müstəqilliyinin oktyabrın 18-də qeyd olunmuş 27-ci ildönümü münasibətilə təbriklərini də çatdırıb.

Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi və iki ölkə arasındakı əməkdaşlığı, həmrəyliyi daha da möhkəmləndirən layihələri (o cümlədən Transanadolu qaz kəmərini (TANAP) və Bakı-Tbilisi-Qars dəmir yolu) sadalayan Ərdoğan “Star” neft emalı zavodunun Türkiyəyə verəcəyi üstünlüklərin əhəmiyyətindən danışıb.

“İndi açılışını etdiyimiz “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndiririk. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə Türkiyənin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir”, - deyə o, bildirib.

Ərdoğanın fikrincə, istifadəyə verilən bu neft emalı zavodu Türkiyənin enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Türkiyə prezidenti deyib: “Bu neft emalı zavodu Türkiyənin neft məhsullarından asılılığını azaldacaq ən böyük enerji layihəsidir. Zavod bizə hər il təqribən 1,5 milyard dollar məbləğində qənaət imkanı verəcək. Bu zavod nəhəng investisiya tələb edirdi: bu işə 6,3 milyard dollar sərmayə yatırılıb. Limanları, digər tərəfdənsə neft-kimya müəssisələrini də nəzərə aldıqda, bu məbləğ təxminən 10 milyard dollar edir”.

Ərdoğanın sözlərinə görə, Türkiyə-Azərbaycan əməkdaşlığının bütün bu örnəkləri bölgənin sabitliyinə xidmət edir: “Türkiyə ilə Azərbaycanın bölgəmizin təhlükəsizliyinin, sabitliyinin əsas aktorları olduğu artıq hər kəs tərəfindən qəbul olunmağa başlayıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz”.

Azərbaycanla bağlı fikirlərini davam etdirən Rəcəb Tayyib Ərdoğan, Azərbaycanın uzun illərdən bəri Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə də münasibət bildirib. “Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla, dünyadakı bütün haqsızlıqlara “dur!” deməsini gözləyirik”.

Ərdoğan bu yaxınlarda Yunanıstanla Türkiyə arasında Aralıq dənizində aparılan qazma-kəşfiyyat işlərilə bağlı yaşanmış gərginliyə də toxunub. Yunan Kipri tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin zərərinə həyata keçirilən birtərəfli layihələrə toxunan Ərdoğan deyib: “Biz Şərqi Aralıq dənizində uğursuzluğa məhkum birtərəfli təşəbbüslərə görə təəssüflənirik”.

Prezident bununla bağlı Afinaya bir daha xəbərdarlıq edib: “Biz həm hadisə yerində, həm də diplomatik planda ən tutarlı cavabları davam etdirəcəyik”.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Actualite-news.com


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az